Tabloid.az
Əməkdar artist: “Bu, dolanmaq deyil, sürünürük”
Tanınmış müğənni, əməkdar artist Kəmalə Rəhimlinin səhhəti yenidən ağırlaşıb.
Müğənni Publika.az-a açıqlamasında bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin teleaparıcı Zaur Baxşəliyevin köməyi ilə müalicə kursları qəbul etsə də, yenidən həkimə ehtiyacı var: “Müalicə olunmaq üçün cibimdə pulum olmalıdır, yoxdur. Ömrümün sonunadək iynə-dərman qəbul etməliyəm. Sentyabrın sonunda, sərinlər düşəndə müalicə yenidən başlamalıdır. Damarlarımı tuta bilmirlər. Xəstəxanada on sistem qoyurdular, damarım görünmürdü. Şəkərim, yüksək qan təzyiqim, qlaukomam (göz xəstəliyi) var. Bu ilin yanvarında Zaur Baxşəliyevin köməyi ilə müalicə kursu keçdim. Ötən ilin iyununda isə nazirliyin xətti ilə 1 saylı şəhər klinik xəstəxanasında müalicə olundum. Dərmanlarım 30-50 manatdır”.
K.Rəhimli maddi durumundan və mənzil şəraitindən də danışıb. Əməkdar artist bildirib ki, son beş ildə toylara getmir: “Beş ildir toylara getmirəm, heç yerdən gəlirim yoxdur. 140 manat yaşıma görə təqaüd, 60 manat da fəxri ada görə pul alıram. Əvvəllər əlilliyə görə də pul alırdım. İndi ancaq yaşıma görədir. Bu, dolanmaq deyil, sürünürük. Mənzil şəraitim bərbaddır. Hamamımın suyu tökülür qonşunun başına. Yaşadığım evin alaqapısı dağılıb tökülmüşdü. Bir tanış usta var idi, gəlib düzəltdi. Tez-tez şoka, komaya düşürəm. Mənə bir şey olsa, camaat evimi gəlib belə görsə, ayıbdır. Hamamı 1995-ci ildə təmir etdirmişəm”. Tanınmış sənətçi sənət yoldaşlarının onunla maraqlanmadığını da dilə gətirib. Amma bildirib ki, bu diqqətsizliyə görə onlardan incimir: “İncimirəm də axtarmadıqlarına görə. Elə zəmanədir ki, hamı öz hayındadır. Onlardan heç nə də ummuram. Özüm onları axtarıram. Çünki sənətim, sənət yoldaşlarım üçün darıxıram”.
İntiqam VALEHOĞLU
-
Səhiyyə00:30
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
-
Dünya00:15
Modidən qalmaqallı açıqlama: "Məni Allah bu məqsəd üçün göndərib"
-
Qoroskop00:00
Günün ULDUZ FALI: əks təqdirdə zərbə ala bilərsiniz
-
Hadisə28 May 23:45
ATV-nin aparıcısı dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə28 May 23:00
Falçı bələdiyyə sədrinin xeyli pulunu alıb: Atasının ruhu ilə danışdırırmış
-
Sosial28 May 22:48
Dövlət bu şəxslərə görə ailəsinə 840 manat ödəyə bilər - AÇIQLAMA
-
Dünya28 May 22:36
Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
-
Region28 May 21:48
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi