Xuraman Şuşalı 31 il sonra onları axtarır
Bizi izləyin

Magazin1

Xuraman Şuşalı 31 il sonra onları axtarır

Müğənni Xuraman Şuşalı "Səni axtarıram" verilişinə gələrək yardım istəyib.

Publika.az xəbər verir ki, sənətçi sinif yoldaşlarını axtardığını deyib.

O bildirib ki, Şuşada birlikdə oxuduğu sinif yoldaşlarını axtarır:

"Şuşada 4 b sinfində oxumuşam. Firəngiz müəllimənin sinfində oxuyurduq. 1992-ci ildə didərgin düşdük. Onda dördüncü sinifdə idim. Qızları tapa bilmirəm. 31 il sonra görüşmək istəyirik, görüş günü də təyin olunub. Bir də gimnaziyada birlikdə oxuduğum 11 v - dəki dostlarımı axtarıram. Onları da 25 ildir görmürəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm