Tabloid.az
Atası İlkin Həsəniyə qadağa qoydu – FOTO
ATV-nin sevilən aparıcısı İlkin Həsəni hər zaman efirə çıxarkən valideynlərini gözünün qarşısına gətirdiyini deyir.
Publika.az-a bu barədə danışan aparıcı söhbət əsnasında maraqlı açıqlamalar verib:
“Həmişə efirdə olanda atamı, anamı gözümün önünə gətirib onlara layiq olmağa çalışmışam. Geyimimdə, hərəkətlərimdə çalışmışam ki, heç bir səhvə yol verməyim. Çünki mən ata-anamı da düşünüb-daşınmışam. Fikirləşmişəm ki, elə bir hərəkətə yol verməməliyəm ki, buna görə valideynlərim efirdən məni görüb utansınlar. Bəzən efirdə deyiblər ki, bəlkə, burda tullanasan, filan paltarı geyinəsən. Yaxud da sponsorlar olub, mənə deyiblər ki, bəlkə, filan reklam çarxında toyuq geyimində olasan, demişəm: “başınız xarabdır?”
İlkin hətta stilini müəyyən edərkən belə ata-anasını nəzərə alıb:
“Vaxt vardı efirdə hamı arxadan saçını bir balaca uzadırdı. Bu, bir dəb idi. Mən də dəbə uyub, daha doğrusu, efirə uyğun olaraq saçımı bir az uzatdım. Atam məni görəndə təəccüb və əsəb içərisində dedi ki, “ə bu nədir?” Qəti şəkildə bildirdi ki, get bu saçını qırxdır, ayıbdır”.
İlkin onu da bildirdi ki, atası onun geyiminə qarışmır, amma bəzi məqamlarda üstüörtülü formada sözünü deyir: “Bəzən elə paltarlar geyinirəm ki, atam deyir: “Bu, sənə yaraşmır”. O dəqiqə başa düşürəm ki, geyimim xoşuna gəlməyib. Sözsüz ki, həmin paltarı bir də əynimə geyinmirəm. Hər halda, hər bir kəs böyüyün sözünü nəzərə almalı və onun məsləhətlərini dinləməlidir. Bir sözlə, valideynə hörmət olunmalıdır”.
Cəvahir Səlimqızı
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı