Tabloid.az
Yazıçılar Birliyi TV açır – FOTO
Azərbaycan Yazıçılar Birliyində (AYB) “Aybkitab.az” saytının təqdimat mərasimi keçirilib.
Publika.az-ın məlumatına görə, saytın baş redaktoru, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Aybkitab.az-ın özündə bir neçə istiqaməti birləşdirən böyük layihə olduğunu bildirib.
O qeyd edib ki, bu loqo altında kitabların çap olunması,
müəlliflərə qonorarların verilməsi, yeni müəlliflərin oxuculara
tanıdılması, bölgələrdə imza günlərinin keçirilməsi və s. məsələlər
əhatə olunub.
“Bu, Yazıçılar Birliyinin layihəsi olsa da, müstəqil təşkilatlar,
nəşriyyatlar bizə dəstək verəcək. Məsələn, “Vektor” nəşriyyatı,
“Yazıçı” nəşriyyatı, “Yayım Assosiasiyası” və “Kitabevim.az”
şirkətləri kitabların çapına və ölkə miqyasında yayımına dəstək
olacaq. Bu gün təqdimatını həyata keçirdiyimiz sayt bizim yeni
layihənin tərkib hissələrindən biridir”, - deyə o vurğulayıb.
X. Rza əlavə edib ki, yeni layihəyə əsasən, Aybkitab.az saytından başqa Ayb.tv internet televiziyası, habelə rusdilli yazarlar və oxucular üçün Aybru.az saytı yaradılacaq: “Hazırda bu istiqamətdə iş gedir. Bütün bu saytlar və televiziya vahid Ayb.az saytında birləşəcək”.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi isə vahid
loqo altında kitabların çap olunmasının əhəmiyyətindən danışıb.
Bununla da, kitabların pərakəndə çapına son qoyulacaq.
İ. Fəhmi əlavə edib ki, oxucular üçün açıq olan Aybkitab.az saytı
kitabların təbliğində vacib rol oynayacaq.
Cəvahir Səlimqızı
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO