“Arşın mal alan” uşaq evində
Bizi izləyin

Tabloid.az

“Arşın mal alan” uşaq evində

Hər il ənənəvi olaraq qeyd olunan “Üzeyir musiqi günü” ilə əlaqədar bu il 12 saylı uşaq evində Marionet teatrının təqdimatında “Arşın mal alan” tamaşası nümayiş olunacaq. Bu barədə Publika.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Təhsil Nazirliyinin dəstəyi ilə sentyabrın 18, 19 və 20-də “Arşın mal alan” operettası Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində İdarənin Marionet teatrının quruluşunda tamaşaya qoyulacaq. Tamaşanı 12 saylı internat məktəbi ilə yanaşı 1, 2 və 11 saylı internat məktəblərinin şagirdləri də seyr edə biləcəklər.

“Arşın mal alan “ operettası tamaşasının rejissoru, Marionet teatrının yaradıcısı Tərlan Qorçunun bədii rəhbərliyi ilə teatrın əsas aktyor heyətinin (A.Mustafayev, E.Mirzəyev, E.Abbaslı, Ş.Buksayev, R.Həsənov) ifasında təqdim edilmişdir. Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilmişdir: “Arşın mal alan”ın marionet qəhrəmanları Xuraman Qasımova, İlqar Muradov, Səyavuş Aslan, Zərnigar Atakişiyeva, Ramiz Məlikov, Məlahət Abbasova, Nuriyyə Əhmədova, Yasin Qarayev kimi sənətkarların səsiylə oxuyub-danışırlar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm