Tabloid.az
Ayaz Salayevin “Yarasa”sı Vyananı ayağa qaldırdı – FOTO
Xəbər verdiyimiz kimi, oktyabrın 2-dən 11-dək Vyanada “LET'S CEE” Beynəlxalq film festivalı keçirilib.
Publika.az-ın məlumatına görə, Festivalda Mərkəzi və Şərqi
Avropa ölkələrindən ən yaxşı bədii, sənədli, qısametrajlı və digər
formatlı filmlər nümayiş etdirilib.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi
ilə ölkəmiz də festivalda təmsil olunub.
Festival çərçivəsində keçirilən “Retrospektiv-25” xüsusi layihə
proqramında isə son 25 ildə Mərkəzi və Şərqi Avropanın 25 ölkəsində
çəkilmiş və dünyanın 40 tanınmış kino tənqidçisi tərəfindən
seçilmiş ən yaxşı filmlər iştirak edir.
Festivalın tənqidçilərinin seçimi əsasında 1989-cu ildən bu
günədək Azərbaycanda çəkilmiş filmlər arasından rejissor Ayaz
Salayevin “Yarasa” bədii filmi seçilərək nümayiş etdirilib.
Vyananın mərkəzində yerləşən “Urania“ kinoteatrında nümayiş olunan
film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonra rejissor Ayaz Salayev filmin ərsəyə gəlməsi, ideyası, süjet
xətti və məzmunu ilə bağlı sualları cavablandırıb.
Qeyd edək ki, “Yarasa” filmi 1995-ci ildə istehsal olunub. Filmin
ssenari müəllifləri Kamal Aslanov və Ayaz Salayev, rəssamı Şamil
Nəcəfzadə, bəstəkarı Nazim Mirişlidir. Rollarda Mariya Lipkina,
Rasim Balayev, Tolib Xamidov və başqaları çəkiliblər.
Festival çərçivəsində, həmçinin rejissor Mikayıl Mikayılovun 1930-cu ildə ekranlaşdırdığı “Lətif“ bədii filmi bəstəkar və cazmen Salman Qəmbərovun rəhbərlik etdiyi caz triosunun müşayiəti ilə təqdim edilib.
Cəvahir
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO