Tabloid.az
Məmmədpaşa Quluzadənin 100 illiyinə həsr olunmuş xatirə günü keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkdar elm və texnika xadimi, əməkdar mühəndis, Azərbaycan Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor Məmmədpaşa Quluzadənin 100 illiyinə həsr olunmuş xatirə günü keçirilib.
AMEA-dan Publika.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, M.Quluzadə 1914-cü ildə dünyaya göz açıb. 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirərək elmi fəaliyyətinə qədəm qoyub. 1949-cu ildə namizədlik, 1959-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş alim 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilib. Elə həmin ildə Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülüb.
O, elm və texnikanın inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərinə görə “Lenin” və “Qırmızı Əmək Bayrağı”, II dərəcəli Vətən müharibəsi ordenləri, bir çox SSRİ medalları və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunub. Alimin müəllifi olduğu 400 elmi əsər, o cümlədən 15 monoqrafiya, 15 ixtira və kəşflər, həmçinin, Azərbaycan dilində yazılmış ilk fundamental dərslikləri elmin inkişafında mühüm yer tutur. Tanınmış alim neft elminin və texnikasının inkişafı, neft və qaz quyularının qazılma texnologiyasının nəzəriyyəsi və təcrübəsi sahələrinə mühüm töhfələr verib. Onun rəhbərliyi altında həyata keçirilmiş elmi-tədqiqat işlərinin nəticələri Azərbaycan, Qərbi Sibir, Qazaxıstan, Krım, Başqırdıstan, Saxalin və digər neft-qaz rayonlarında tətbiq edilib.
Sonra akademik İsmayıl İbrahimov, AMEA-nın müxbir üzvləri ─ Qalib Əfəndiyev və Elmira Ramazanaova, professor Əlinazim Məmmədtağızadə yubilyarın elmi fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.

-
Sağlamlıq03:13
Bu tərəvəz piylənmə və şəkər xəstəliyindən QORUYUR
-
Region02:42
Ərdoğan TRT-nin rəhbərini dəyişdirdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO