Tabloid.az
"Azərbaycan seriallarının heç birini bəyənmirəm"
Publika. Az-a açıqlama verən Murat, yenidən Türkiyəyə qayıdacağını söyləyib. Yaradıcılğından danışan aktyor azərbaycanlı sənətçilərdən incidiyini də dilə gətirib. O, arzularını ürəyində qoyan əməkdar artistdən söz açıb.
Murat Fətullayev Bakıda onu incidən müğənnidən və söz-söhbətlərdən
danışıb: "Uzun zamandır ki, Türkiyədə idim. Azərbaycana gəzmək üçün
gəlmişəm. Azərbaycan müğənniləri məni incitdiklərinə görə, burada
heç bir iş görmək fikrim yoxdur.
"Maqazin nömrə 1" adlı layihəmi ərsəyə gətirmək istədim. Ancaq
əməkdar artistimiz işlərimə maneçilik törətdi. Buna səbəb isə
sözügedən layihədə mənimlə birgə aparıcılıq etmək istəyirdi. Onun
aparıcı olmasına razı olmadım. Çünki yaşı münasib deyildi. Eyni
zamanda da nəzərimdə başqa xanımı tutmuşdum. O xanım da mənim
dostum idi. Əməkdar artistimizin mənimlə birgə verilişi aparmaması
“Maqazin nömrə 1” adlı layihəmin baş tutmamasına gətirib çıxartdı.
Həmin an anladım ki, şou-biznesdə olan ifaçıların əksəriyyəti
paxıldır. O zamandan fikirləşirəm ki, Azərbaycandan kənarda olsam
yaxşıdır. Bundan sonra Azərbaycanda nəsə etmək fikrim yoxdur" o
deyib.
M.Fətullayev deyib ki, hələ o İstanbulda olarkən bəzi azərbaycanlı
müğənnilər onun qonağı olublar. "Maqazin nömrə 1" adlı verilişin
ərsəyə gəlməsində əllərindən gələni edəcəklərinə söz veriblər.
Amma...
"O insanlar sözlərinin üstündə durmadılar. Layihələrimi
reallaşdırmaq istədikdə, onlar mənə imkan vermədilər. Bəziləri
düşünməsinlər ki, Türkiyəni Azərbaycandan üstün tuturam. Ancaq
ürəyimdə qalan layihəmi Türkiyədə həyata keçirəcəyəm" - gileyli
aktyor deyib.
Murat onu da qeyd edib ki, Azərbaycandan ona kinoya çəkilmək
təklifi də gəlibmiş: "Qəbul etmədim. Buna səbəb, Azərbaycanda
yüksəksəviyyəli texnikanın olmamasıdır. Azərbaycan seriallarının
heç birini bəyənmirəm. Bütün bunlara baxmayaraq, vətənimi çox
sevirəm. Buyaxınlarda Türkiyəyə qayıdacağam. Ancaq yenidən Bakıya
qayıtmaq fikrim var. İş üçün yox, sırf gəzməyə görə gələcəyəm”.
Murat Fətullayev yeniliklərindən danışaraq Türkiyənin məşhur
aktyorları ilə Kıbrısda eyni serialda rol alacağını xüsusilə
vurğulayıb: “Bu yaxınlarda yeni filmə çəkiləcəyəm. Çəkilişləri
Kıbrısda olacaq. Sözügedən seriala Türkiyənin tanınmış aktyorları
da çəkiləcək”, - deyə M. Fətullayev fikirlərini tamamalayıb.
Dəniz
Publika.Az
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO