Müğənni Zamiqin həmkarının prodüseri ilə “başqa söhbət“i - PAPARAZZİ
Bizi izləyin

Tabloid.az

Müğənni Zamiqin həmkarının prodüseri ilə “başqa söhbət“i - PAPARAZZİ

Publika.Az-ın fotokamerasına tuş gələn Zamiq tədbirlərin birində maraqlı görüntülərə səbəb olub.


Müğənninin əvvəl səs-küylü salonda sağ tərəfində əyləşən, həmkarının prodüseri Elşən Orucovun qulağına söz deməsini prodüser təbəssümlə qarşılayıb. Daha sonra müğənni öz prodüseri Elnur Hüseynov ilə söhbət edib. Bu zaman E.Hüseynovun məsələyə ciddi yanaşmasını simasından hiss etmək olurdu.

Publika.Az-ın müxbiri Zamiqdən məsələyə aydınlıq gətirməsini soruşduqda, o, belə cavab verdi:

“Müxtəlif layihələr var, bu haqda danışırdıq. Elşənin gülümsəməsi başqa söhbətdir...”

Qeyd edək ki, Zamiqin işlərinin idarə edən iki prodüseri (Elnur Hüseynov və Sami Oruc) var.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm