Tabloid.az
Şou əhli məhərrəmlikdə toya gedəcəkmi? – SORĞU – FOTOLAR
Adətən, Məhərrəm ayında şadyanalıq edib toy çaldıran olmur.
Maraqlıdır, görəsən, bu müddət ərzində boş qalan müğənnilər hansı işlə məşğul olacaqlar?
Publika.az şou əhli arasında sorğu keçirib.
Xatirə İslam məhərrəmlikdə yalnız istirahət edəcək. Özü də Azərbaycanda deyil, Avropa ölkələrinin birində. Çox yorulduğunu deyən Xatirə qarşıdakı toy mövsümə yeni enerji ilə qayıtmaq niyyətindədir.
Tacir Şahmalıoğlu: “Adətən, məhərrəmlikdə toylar, el şənlikləri olmur. Buna görə də çalışıram bu müddətdə istirahət edim. Çünki ilboyu çox işləyirəm, demək olar ki, vaxtımın çoxu toylarda, el şənliklərində keçir. Söz yox ki, pul qazanırıq. Amma adət-ənənəmizə görə, məhərrəmlikdə şadyanalıq olmaz. Çalışacağam bu ayı yaxşı-yaxşı dincəlim və yeni toy mövsümünə enerji toplayım”.
Aşıq Zülfiyyə də toy və şənliklərin olmamasından yararlanacaq: “Bu ay heç kim toy etmir, buna görə də çalışacağam problemlərimi həll edim. Həyat yoldaşımla bərabər İrana gedəcəyəm. İstirahət etmək məqsədimiz yoxdur. Səhhətimizdə problemlər var, müayinə və elə həm də müalicə olunmaq üçün İrana getməyi planlaşdırmışıq”.
Müğənni Təranə Qumral və Musa Musayev Məhərrəm ayında ailəsi ilə birgə dincələcək: “Hər kəs bilir ki, biz ayın 30 gününü Musa ilə bərabər toylarda oluruq. Özü də təkcə Azərbaycanda yox e, Rusiyada da tez-tez el şənliklərinə dəvət edirlər. Amma məhərrəmlikdə bizim millət toy eləmir, buna görə vaxtımızı ailəmizə - nəvəmizə sərf edəcəyik”.
Müğənni Nüşabə Ələsgərli, Manaf Ağayev, Bəturə Hüseynovadan da eyni cavabı eşitdik. Bəlli oldu ki, həmin müğənnilər də məhərrəmlik boyunca dincəlməyə üstünlük verəcəklər.
Cəvahir Səlimqızı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR