Tabloid.az
Gənc müğənni Space-nin aparıcısı ilə sevgili oldu-FOTOLAR
Gənc müğənni Orxan Nur ilk klipini təqdim edib.
Publika.az-ın məlumatına görə, “Sən yanımda olmayanda” mahnısına çəkilmiş klipin rejissoru Arzu Abbasovadır. Sözlər və musiqisi Orxan Nurun özünə aid olan mahnı lirik janrdadır.
Təqdimetmə mərasimini giriş sözü ilə açan teleaparıcı Aytən Əlizadə Orxan Nur barədə məlumat verərək bildirib ki, ifaçı Vaqif Gərayzadənin yaradıcısı olduğu “Aypara” qrupunun solistlərindən olub. Eyni zamanda Asəf Zeynallı adına Musiqi Kollecinin və Mədəniyyət və İncəsənət Universitetini bitirib. Əməkdar artist Gülyaz Məmmədovadan muğamın sirlərini öyrənən müğənni solo karyera qurmaq qərarını yenicə verib.
Klipin təqdimatından sonra ifaçının sənət dostları əməkdar artistlər Zaur Əmiraslanov, skripkaçı Səlim Abbasov, kamança ifaçısı Toğrul Əsədullayev, müğənni Səidə Dadaşova ekran işi barədə fikirlərini bildiriblər.
Orxan Nurun müəllimi, əməkdar artist Gülyaz Məmmədova muğam ifaısının özünü estrada janrında sınamağının maraqlı olduğunu bildirib:
“Hər zaman estrada ifaçılarına da deyirəm ki, çalışın az da olsa muğam öyrənin. Amma Orxan muğam dərsləri alıb və bu sahəyə yaxşı bəllidir. İnanıram ki, bu, onun gələcəkdə də üstünlüyü olacaq”.
Tədbirdə jurnalistlər də çıxış ediblər. Qeyd olunub ki, klip o qədər uğurlu alınmasa da, ifa yetərincə maraqlı alınıb. Rejissor Arzu Abbasova isə bildirib ki, müəyyən texniki problemlərə görə klip istədikləri kimi alınmayıb.
Sonda çıxış edən Orxan Nur hər kəsə təşəkkürünü bildirib və bundan sonra sənəti üzərində daha ciddi işləyəcəyini deyib.
Qeyd edək ki, klipdə gənc müğənnini sevgilisi rolunu "Space" telekanalında hava proqnozunun aparıcısı Aytən Əlizadə oynayıb.
İntiqam VALEHOĞLU
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR