Tabloid.az
Elçin Hüseynov həmkarlarının gizli işlərindən danışır
Müğənni Elçin Hüseynov həmkarlarının gizli gördükləri işlərindən danışıb. Adının qalmaqallarda hallanmasını istəməyən müğənni hər kəsi gülərüz şəkildə yola verdiyini dilə gətirib. İşindən başqa, şəxsi həyatından da danışan ifaçı ailəsinə hər zaman sadiq qalacağını söyləyib. Publika.Az-a müsahibə verən Elçin küsülü qaldığı insandan da söz açıb.
-Simanizda hər zaman təbəssüm var. İnsanları yola
verirsiniz, yoxsa hər zaman belə gülərüzlüsünüz?
-Hər zaman insanları başa düşməyə çalışmışam və heç kimlə
dalaşmamışam. Başımı aşağa salıb işlərimlə məşğul olmuşam. Hər
kəsin özünəməxsus xarakteri var. Sənətdə olan dostlarıma da
məsləhət görərdim ki, dalaşmasınlar. Hər zaman bir-birlərinə can
deyib, can eşitsinlər.
-Bəs sizin xətrinizə dəyən olub?
- Xeyir olmayıb. Çünki bu zamanadək heç kimin işinə qarışmamışam və
kiməsə qəlb qırası söz deməmişəm.
- Elçin bəy, kinli birisiniz?
-Küsmək kişiyə yaraşan hərəkət deyil. Ancaq mənə yaxın olan
insandan incimişəm. Kinli insan olmadığım üçün də tez bir zamanda
incidiyim insanla barışmışam.
-Hansısa sms yarışlarının birində qalib gəlmək üçün pul
xərcləyərsiniz?
-Xeyr, heç vaxt sözügedən verilişlərə pul xərcləmərəm. Bəzi
həmkarlarım var ki, birincilik üçün əllərindən gələnləri edirlər.
Ancaq mən elə verilişlərə sənətimi göstərmək üçün gedirəm. Mənə
ayıb olar ki, maşınımı satım, veriliş zamanı rəqibimlə dalaşım,
yaxuda da özümə tamaşaçı ordusu yığım.
-Özlərinə rəqib görməyən və özlərindən razı olan
müğənnilərə aranız necədir?
-Dinimizdə yoxdur ki, kimsə “mənəm-mənəm” desin. Özündən lovğa olan
insanlar Allah tərəfindən bəyənilmir. Hansısa müğənniyə fəxri adlar
verirlərsə, deməli həmin ifaçı o mükafata layiqdir.
-Sizə yaxın olan insan kimdir?
-Mənə yaxın olan ailəmdir. Həmkarlarımla da münasibətim yaxşıdır.
Yaxşı dostlar sırasında Ədalət Şükürovun, Rüfət Axundovun, Elçin
Cəfərovun, Ayaz Qasımovun, Elton Hüseynəliyevin, Mətanət
Əsədovanın, Nüşabə Ələsgərlinin və başqalarının adlarını çəkə
bilərəm. Ancaq Rüfət Axundovla ailəvi dostuq.
-Qadınla kişinin dostluğuna necə baxırsınız?
-Dost sözü çox məsuliyyətli kəlmədir. Hər kəsə dost demək düzgün
deyil. Ancaq kişi ilə qadının dostluğuna normal baxıram. Qadın
həmkarlarıma dostdan çox, yaxın münasibətdə olduğum insan
deyərdim.
-Şəxsi həyatınız necə gedir?
- Şəxsi həyatımda hər şey yaxşıdır. Çünki dünya gözəli iki gözəl
qızım var. Birinin adı Maya, digərinin adı isə Röyadır.
-Siz nə əcəb evlənib, boşanmış həmkarlarınızın sırasında
deyilsiniz?
-Allah o gündə saxlasın. Ümumiyyətlə, bizim nəsildə boşanmaq
söhbəti yoxdur. İndiki gənclərə də məsləhət görərdim ki,
ailələrinin qədrini bilsinlər və evlənəcəkləri zaman kiminlə ailə
qurduqlarına diqqət etsinlər. Azərbaycanlılar artıq evliliyə
müsairlik kimi baxırlar. Ancaq biz heç vaxt adət-ənənəmizi yaddan
çıxarmamalıyıq.
Dəniz
Publika.Az
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, Hizbullah isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO