Tabloid.az
Bakıda Türkiyə Mədəniyyəti Günləri başlayıb - FOTO
Noyabrın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Türkiyə
Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə
fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, mədəniyyət
və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə əvvəlcə
Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev Bakıda Türkiyə Mədəniyyəti Günlərinin
keçirilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu bildirib.
Nazir deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra
ilk dəfədir ki, ölkəmizdə Türkiyənin Mədəniyyət Günləri keçirilir.
Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və
gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Belə bir
möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində isə ilk dəfədir ki, bir
ölkənin mədəniyyət günlərinin açılış mərasimi keçirilir”.
Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri
arasında dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda
iştirakı türk dünyasının güclü olduğunu sübut edir.
Nazir iki il bundan əvvəl Azərbaycan Mədəniyyəti Günlərinin
Türkiyədə uğurla keçirildiyini xatırladıb. O, Bakıda keçirilən
Türkiyə Mədəniyyəti Günlərinin xalqımız tərəfindən maraqla
qarşılanacağına əminliyini ifadə edib.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik mədəniyyət
günlərinin təşkilinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib.
Nazir vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz
arasında münasibətlərin bütün sahələrində özünü
təsdiqləyir.
Qeyd edilib ki, mədəniyyət günləri çərçivəsində əl işləri və
fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə
tutulub.
Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş
etdirilib.
Daha sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu mehter
kollektivinin, Əməkdar Artist Azərinin çıxışları olub.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan