Türk aktyorunun sevgilisiz sevgi səhnəsi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türk aktyorunun sevgilisiz sevgi səhnəsi – FOTOLAR

Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində “Meraklısı İçin Öyle Bir Hikaye” tamaşası nümayiş olunub.

Publika.az-ın məlumatına görə, iki pərdə olaraq yazılan “Meraklısı İçin Öyle Bir Hikaye” tamaşasını səhnədə tək aktyor canlandırıb.

Belə ki, Türkiyədən Azərbaycana gələn Ankara Dövlət Teatrının aktyoru Erdinç Doğan göstərdiyi tamaşa ilə Bakı izləyicilərininə maraqlı gün yaşadıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan tamaşanı izləyənlər sırasında Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, Kiprin Azərbaycandakı səfiri Sadettin Topukçu, Türkiyənin Azərbaycandakı səfirliyinin digər diplomatları, Azərbaycanın xalq artisti Fəxrəddin Manafov və ictimai şəxslər də olub.

Onu da bildirək ki, “Meraklısı İçin Öyle Bir Hikaye” oyununun yazarı Sait Faik Abasıyanık, rejissoru isə Murat Çidamlıdır.

Tamaşada insan sevgisindən, xoşbəxtliyindən və kədərindən bəhs olunur.

Məlumat üçün bildirək ki, bununla da Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri başa çatıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm