Tabloid.az
İlhamə ilə Nuri Sərinləndirici arasında “Sevgi nağılı” - FOTOLAR
Xalq artisti, İlhamə Quliyeva ilə Nuri Sərinləndirici yaxın günlərdə "Sevgi nağılı" adlı duetlərini dinləyicilərə təqim edəcəklər.
Publika.az-a bu barədə Nurinin Azərbaycan üzrə
yaradıcı layihələrinə rəhbərlik edən teleaparıcı və rejissor Lamiyə
Ələkbərqızı məlumat verib: “İlhamə xanımla Nurinin duet oxuması
ideyasının təşəbbüskarı mən oldum. Söz və musiqisi Faiq Erola
məxsus olan “Sevgi nağılı” mahnısını seçənə qədər bir neçə bəstəkar
öz əsərlərini bizə təqdim etmişdi. Uzun müzakirələrdən sonra
komanda olaraq qərar verib, bu duetin yazılmasını lazım
bildik”.
Bu duet nə internetdə yerləşdirilib, nə də radio dalğalarında
səslənib: “Yekdilliklə qərar verdik ki, "Sevgi nağılı" mahnısına
kliplə birgə tanıtım edək. İstəyimizə çatdıq deyə bilərəm. Moskvada
böyük bir yaradıcı heyət ekran işinin çəkilişlərini mükəmməl
şəkildə gerçəkləşdirdilər. Ostankinoda çalışan peşəkar komandanın
əziyyətini məxsusi vurğulayıb onlara təşəkkür edirik. Süjet xəttini
açıqlamaq istəmirəm. Bircə onu deyim ki, İlhamə xanımla Nuri aktyor
bacarıqlarını maksimum sərgilədilər. Onlar tərəf müqabili kimi çox
mükəmməl görünürlər. İnşallah, klipə baxan tamaşaçılar bu sözlərimə
haqq qazandıracaqlar”.
Məlumat üçün bildirək ki, sabahdan etibarən ekran işinin montajına
start veriləcək.
“Sevgi nağılı”nın təmtəraqlı təqdimatı Yeni il ərəfəsində, Bakıda
baş tutacaq. Həmin tədbirə media nümayəndələri ilə yanaşı, sənət
dünyasının say-seçmə ulduzları da dəvət olunacaqlar.
Cəvahir
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi