Tabloid.az
Azərbaycanlı müğənninin xanımı: “Bunu mediadan gizlətmək istəyirlər“
Azərbaycan şou-biznesinin iki məşhur siması - müğənnilər Könül Kərimova və Samir Piriyev bir araya gələcək. Publika.az-ın fotokamerasına birgə tuş gələn ifaçılar pıçıldaşaraq nəyisə gizlədirmiş kimi davranırdılar.
Əməkdaşımızın “nə olub?” sualından öncə yayınmaq istəyən ulduzlar,
sonradan məsələnin kökünü açıqlamalı olublar.
“Onlar deməsələr də, mən açıqlayım: Samirlə Könül xanım duet
oxumağa hazırlaşır. Amma bunu hələ ki mediadan gizlətmək
istəyirlər” deyə Samirin həyat yoldaşı Anara bildirib.
Mövzudan yayınmayacağını anlayan Samir duetin təfərruatlarını
açıqladı: “Bəli, Könül xanımla duet ifa etmək fikrimiz var. Bu,
fərqli bir ifa olacaq” deyən Samir əlavə etdi ki, səhnəyə birgə
çıxmaq təklifi onun özündən gəlib. O ki qaldı mahnıya, “Bu, yeni və
möhtəşəm bir mahnı olacaq. Sözləri və musiqisi mənə məxsusdur” -
deyə Samir əlavə etdi.
Samirin bu sözlərinə isə K.Kərimovanın əlavəsi oldu: “İnşallah,
mahnıya klip də çəkdirərik”.
Bu sözləri eşidən Anara isə gülümsədi. Yəqin yeni işə ekran həyatı
vermək elə Anaraya qismət olacaq. Axı son zamanlar Samirin
kliplərini məhz həyat yoldaşı, rejissor-telejurnalist Anara
çəkir.
Türkan
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR