Tabloid.az
Nizami Kino Mərkəzində "Yunus Əmrə - Eşqin səsi" filminin qala gecəsi olacaq
Nizami Kino Mərkəzində fevralın 13-də “Yunus
Əmrə - Eşqin səsi” türk filminin qala gecəsi
keçiriləcək.
Publika. Az xəbər verir ki, filmin çəkilişi Yunus
Əmrənin məmləkəti olan Əskişəhərin 2013-cü il Türk Dünyasının
Mədəniyyət Paytaxtı - “Qalıcı Əsərlər” layihəsi çərçivəsində
reallaşıb.
Ekran əsəri yüzillikləri aşan fikirləri ilə
tarixin önəmli mütəfəkkiri kimi qəbul edilmiş, humanizm örnəkçisi
sayılan, Allaha sevgisini eşq və əxlaqla bağlı fikirlərini paylaşan
Türkiyə Anadolusunun yetişdirdiyi ən böyük övliyalardan olan, ilahi
eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat
memarı Yunus Əmrənin həyatından bəhs edir.
Üç ilə çəkilən bu film Anadolunun dörd mövsümünün
rənglərini əks etdirir. Bir çox məşhurların iştirak etdiyi filmin
rejissoru daha əvvəl “Mövlanə - Eşqin Dansı”nı çəkən Kürşat
Kızbazdır.
Yunus Əmrə obrazını əvvəldə tarixi şəxsiyyətlərin
obrazını yaratmış aktyor Devrim Evin canlandırıb. Həmçinin, filmdə
Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Ahmet Mekin iştirak
ediblər.
Qala-gecəyə filmin ssenari müəllifi və rejissoru
Kürşat Kızbaz, aktyorlar Devrin Emin, Altan Gördüm, Türkiyənin
Azərbaycandakı səfirliyinin, Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin əməkdaşları qatılacaqlar.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı