Tabloid.az
“Xüsusi təyinatlı“ ilə “Kəşfiyyatçı“ Marneulidə
Gürcüstanda "Xüsusi təyinatlı" adlı kitabın və "Kəşfiyyatçı" sənədli-bədii filmin təqdimatı keçirilib.
Publika.Az-ın verdiyi məlumata görə, təqdimat Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Marneuli şəhərində baş tutub.
Kitab və film "Azərbaycan Bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovdan bəhs edir.
Təqdimatda çıxış edən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva İbad Hüseynovun Vətən qarşısında xidmətlərindən söz açaraq, sözügedən filmdə və təqdim olunan kitabda bu xidmətlərdən bəhs olunduğunu, onun xidmətlərinin, qəhrəmanlığının hələ neçə əsərə mövzu olacağına inandığını bildirib:
"Biz bu cür cəsur və vətəninə bağlı olan qəhrəmanlarımızla fəxr etməliyik və onlar bizim üçün nümünə olmalıdır," – deyə Qənirə Paşayeva əlavə edib.
Tədbirdə iştirak edən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və digər tədbir iştirakçıları öz çıxışlarında İbad Hüseynovun tək Azərbaycanda deyil, o cümlədən Gürcüstanda və ümumilikdə, bütün dünyada yaşayan azərbaycanlılar üçün gözəl bir örnək olduğunu və bu cür qəhrəmanların böyüyən gənclik arasında təbliğinin vacibliyini qeyd ediblər.
Film nümayiş olunduqdan sonra tədbir iştirakçılarına Sahib Şirinovun müəllifi olduğu və Qənirə Paşayevanın "ön söz" yazdığı "Xüsusi təyinatlı" adlı kitab və "Kəşfiyyatçı"filminin diskləri təqdim olunub.
Kitab və disklər məktəblərə və ictimai təşkilatlara təqdim olunaraq orada nümayiş olunacaq.
Rüfət Əhmədzadə
Publika.Az
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq