Serial çəkib necə milyonçu olmaq olar? - ARAŞDIRMA
Bizi izləyin

Tabloid.az

Serial çəkib necə milyonçu olmaq olar? - ARAŞDIRMA

Mövzu yenə də seriallardı. Polad ələmdarları, fatmagülləri, amaciləri ilə evlərimizin əziz qonağına çevrilmiş seriallar... Bir vaxtlar onları aşağı səviyyəli teleməhsullar adlandırır, sənət sözünü onlara yaraşdırmırdıq. Amma bu gün keyfiyyətli seriallar çəkməyin yollarını axtarırıq. Qonşularımıza baxırıq. Məsələn, Türkiyəyə… Çünki Türkiyədə serial sənayesi, rəhmətlik Brejnev demiş, “çox iri addımlarla irəliləyir”. Orta Asiya respublikaları, Balkan, Ərəb ölkələri türk seriallarına müştəri çıxır.


Fevralın sonlarında İstanbulda keçirilən, 32 ölkənin film şirkətlərinin, televiziya kanallarının istirak etdiyi Beynəlxalıq Discop Televiziya layihələri sərgisində isə bir çox telelayihələrlə yanaşı yerli seriallar da görücüyə çıxarılıb.

Quru rəqəmlər deyir ki… -

Hazırda Turk telekanallarında 20-30-a yaxın yerli serial nümayiş olunur. Siyahıya təkrar yayımlanan serialları da əlavə eləsək, bu rəqəm 40-60-a çatar.
Keyfiyyətli serialın bir seriyası, təxminən, 100 min dollara başa gəlir. Kanallar, bir saatlıq serialın arasına 40 dəqiqəlik reklam yerləşdirir və nəticədə sadəcə bir seriyadan 560 min dollar gəlir götürür.

Bir serialın boya-başa çatmasından ötrü rejissorundan, aktyorundan tutmuş texniki işçilərinə qədər 75 insan əziyyət çəkir. 30 serialda bu 2 min 250-ə yaxın insan deməkdi. Türkiyə şərtlərində bir adamın orta hesabla dörd nəfəri saxladığını nəzərə alsaq, Turkiyə serial bazarında bir həftədə orta hesabla 9 min adamın çörəyi çıxır. Serial bazarının əsas oyunçuları isə istehsalçı şirkətlər (Ayyapım, TİMS kimi), televiziya kanalları ve reklam verənlərdi.

Türkiyədə yerli serial bazarında həftədə 17-19 milyon dollar dövr edir. Serial tortunun ən böyük tikəsi -80%-i kanalların, qalan 20% isə istehsalçı şirkətlərə payına düşür. Ən yüksək reytinq toplayan serialın büdcəsi orta hesabla 100 min dollardı. Bu məbləğin 45 %-i aktyorlara, 21%-i isə çəkiliş heyətinə sərf olunur. Serial hazır olanda ümumi büdcənin üzərinə 20-40% faiz həcmində gəlir payı da əlavə olunur və kanallara satılır.

Bəzən büdcədə atrıb-azalmalar da olur. “Mİnt Yapım” şirkətinin (Cocuklar duymasın serialının istehsalçısı) sahibi Birol Güvənin dediklərinə görə, konkret rəqəm söyləmək mümkün deyil. Serial, boru istehsalına bənzəmir. “Cocuklar duymasın” və “Ən son babalar duyar” serilallarının büdcələri fərqlidi. Serial uğur qazandıqca büdcə də böyüyür. Reytinq artıqca kanal daha çox pul qazanır, kanal daha çox pul qazananda sizi əldən buraxmamaq üçün daha çox pul təklif eləyir, çünki başqa kanallar da sizi almaq üçün daha çox pul ödəyə bilər. Bu, ticarətdi.”

Kinoşirkətlər, televiziya kanalları ilə mövsümlük müqavilə bağlayır. Daha sonra səkkiz aylıq çəkilişə hazırlıq mərhələsi başlayır, şirkət məkanın, kostyumların kirayə haqları və s. ödəyir. Hazırlıq mərhələsinə 260-520 min dollar arasında pul xərclənir. Bir serial 3-4 seriyada istehsalına sərf olunan pulu çıxardır, 13-cü seriyadan sonra gəlir gətirməyə başlayır. Odur ki, dörd seriyadan sonra efirdən çıxarılan seriallar (reyting gətirmirsə) istehsalçı şirkət üçün ciddi zərər deməkdi. Xüsusilə də serialın hazırlıq mərhələsinə çox böyük pullar xərclənibsə…

Reklamlar, reklamlar, reklamlar… -

Tamaşaçılar da, şirkətlər də serialın içində nümayiş olunan reklamlardan şikayətçidi. Təxminən, 60-80 dəqiqəlik seriyanın saat yarım, bəzən hətta iki saat uzanması tamaşaçını serialdan soyudur, reytinqləri aşağı salır. Amma…
Ən çox izlənən seriallarda 30 saniyəlik reklamın qiyməti 6-7 min dollardı. Reklamların 70%-i prime-time-da, yəni saat 22.00-1.00 arasında yayımlanır. Qanunla bir saatlıq proqramın içində ümumilikdə 18 dəqiqəlik reklam fasiləsi verilməlidi. TV kanallar isə çox izlənən serialların arasına 30-40 dəqiqəlik reklam fasiləsi yerləşdirir. Beləliklə, 40 dəqiqəlik reklam fasiləsi verən serialın bir seriyası kanala 480-560 min dollar gəlir gətirir və həftədə, təxminən, beş serial yayımlayan kanalın seriallardan qazandığı illik gəlir (serial bir mövsüm- 8 ay efirdə olur) 64 milyon dollara çatır.

Hamını maraqlandıran sual … -

Serialın tamaşaçı tərəfindən bəyənilməsi - yəni “tutması” üçün hansı amilləri nəzərə almaq lazımdı? Bunu istehsalçı şirkətlər də bilmirlər. “Bir Istanbul masalı” və “Zərda” seriallarının ssenari müəllifi Qaye Boralı deyir ki: “Bu bir az təsadüf məsələsidi. Türk tamaşaçısı çox mühafizəkardı, onunla ehtiyatlı olmaq lazımdı. O, hələ də özünün belə əməl eləmədiyi əxlaq qaydalarını ekrandakı qəhrəmanlardan gözləyir. Biz, süjetə qeyri-ənənəvi münasibət daxil eləyəndə, hər öpüşmə səhnəsini quranda yüz ölçüb bir biçirik.”

Serial və türizm -

Bu gün serial sahəsi o qədər irəliləyib ki, sadəcə istehsalçılarına, aktyorlara, kanallara yox, ölkədaxili turizmin inkişafina da kömək eləyir. Belə ki, populyar seriallarda istifadə olunan binalar, çəkiliş aparılan bölgələr, az qala, muzey statusu qazanır, turistik məkanlara çevrilirlər. Üstəlik, yerli əhali də statist qismində çəkilişlərdə istifadə olunur.

Aygün

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm