Tabloid.az
Leyla Əliyeva "KÜKNAR" Beynəlxalq İncəsənət Sərgisində - FOTOLAR
Dekabrın 25-də Heydər Əliyev Mərkəzinin parkında
“KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi
keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
sərgi ilə tanış olub.
Publika.az xəbər verir ki, Leyla Əliyevaya sərgidə nümayiş
olunan əsərlər haqqında məlumat verilib.
Bildirilib ki, sərgidə Yeni ilin rəmzi olan küknar ağacları və
oyuncaqları fərqli tərtibatda - müasir incəsənət üslubunda təqdim
olunur. Parkda ümumilikdə 30 küknar nümayiş etdirilir. Onlardan
12-si bu sərgi üçün hazırlanmış yeni əsərlərdir. Müəlliflərdən 9-u
yerli, 3-ü isə digər ölkələrin - Yaponiya, Sloveniya və Özbəkistan
təmsilçiləridir. Sərgidə tanınmış rəssam, heykəltəraş və
illüstratorlarla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
tələbələri də iştirak edirlər. Əsərlərdən biri isə IDEA İctimai
Birliyinə aiddir.
Sərgidə, həmçinin 2013-cü ildə Heydər Əliyev Mərkəzinin həyata
keçirdiyi “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi və müsabiqəsində
iştirak etmiş 18 əsər də nümayiş olunur.
Qeyd edək ki, Mərkəzin ötən il ilk dəfə reallaşdırdığı bu layihə
çərçivəsində sərgi ilə yanaşı müsabiqə də keçirilib və tədbir
iştirakçılarının səsverməsi nəticəsində üç küknarın müəllifi
mükafatlandırılıb.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin 2013-cü ildə Yeni il və
2014-cü ildə Novruz bayramları ərəfəsində təşkil etdiyi “KÜKNAR” və
“SƏMƏNİ” layihələri mədəniyyət və müasir incəsənətin inkişafına
töhfə vermək, adət-ənənələri yaşatmaq, eləcə də izləyicilərdə
bayram ovqatı yaratmaq məqsədi daşıyır.
Builki sərginin açılış mərasiminin daha bir maraqlı məqamı
Heydər Əliyev Mərkəzinin parkına gənclərin gəlişi oldu. Bu coşqun
gənclər öz qüvvələrini sanki gündüz bu məkana saçılan günəşin
şüalarından, eyni zamanda dekabr küləyindən alırdılar. Onlar
rəngarəng musiqi nömrələrinin sədaları altında rəqslər edir,
sərgilənən əsərlər ətrafında fotoşəkillər çəkdirir, fikirlərini
bölüşürdülər. Əlbəttə ki, isti qəhvənin, dadlı şirələrin də öz yeri
var idi. Gənclərin enerjisi, ruh yüksəkliyi sərginin açılışını əsl
bayrama çevirdi. Yeni il əhval-ruhiyyəsi bu möhtəşəm məkanın hər
bir guşəsində duyulurdu.
Yeni il hər kəsin-uşaqların və böyüklərin ən çox sevdiyi, bütün
il boyu gözlədiyi bayramlardan biridir. Bu bayram özlüyündə hər
kəsə xoşbəxt gələcək ümidi və arzuların həyata keçəcəyinə inam bəxş
edir. Yeni ilin rəmzlərindən biri olan bəzədilmiş küknar ağacı isə
həm də bu arzuların əbədiyaşarlığını ifadə edir. İnsanların Yeni il
ağacının dövrəsində şənlənməsi bir növ xoş gələcəyə bəslənən
arzular ətrafında birləşmənin əlamətidir.
Sərginin rəsmi açılış mərasiminə Mixail Lermontovun 200 illik
yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün
ölkəmizdə olan tanınmış incəsənət xadimləri Pyer Şemeretyev, Huquet
Şeremetyeva və Kolett Tolstoy da gəldilər. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva qonaqlarla görüşərək, sənət
əsərlərinə birgə baxdılar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin
Mərkəzin parkında istifadəyə verilmiş yeni kafe ilə də tanış
oldu.
Sonda sərgiyə toplaşanlarla birgə xatirə şəkilləri çəkdirildi.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkında təşkil edilən sərgiyə giriş sərbəstdir.
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər