Gülüstan Əliyevadan canlı yayımda Zaur Kamala irad
Bizi izləyin

Tabloid.az

Gülüstan Əliyevadan canlı yayımda Zaur Kamala irad

Dünən “Xəzər” televiziyasında yayımlanan “5-də 5” verilişində maraqlı anlar yaşanıb.

Publika.az xəbər verir ki, Zaur Kamalın aparıcısı olduğu verilişin qonaqları əməkdar artist Gülüstan Əliyeva, xanəndə Elnarə Abdullayeva, müğənni Arzu Rzayev və “Dostlar” qrupu olub.

Veriliş boyu qonaqlar maraqlı ifalarla yadda qalıblar. Sonda Elnarə Abdullayeva “Dostlar” qrupu ilə duet oxuyub. Aparıcı Gülüstan Əliyevanı Arzu Rzayevlə duet oxumağa dəvət edəndə isə əməkdar artist “məni niyə onlarla oxumağa dəvət etmədin” deyə iradını bildirib. Ancaq sonradan Zaur Kamalın təkidiylə oxumağa razı olub.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm