Tabloid.az
Aygünün qızından təzə xəbər var - VİDEO
İlqarə Kazımovanın “Yenə, yenə” klipi yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.
Publika.az-ın məlumatına görə, mahnıda həm müasir qərb elektron, həm də milli musiqi elementlərinə rast gəlinir. Mahnı özlüyündə İlqarənin daxili dünyasını, gənc, enerjili, güclü və müstəqil qızın obrazını əks etdirir. Mahnını dinlədikdə həmçinin İlqarənin ürəyinin dərinliyində romantik, emosional insan olması da üzə çıxır. Dinləyici mahnını eşidərkən ifada olan səmimiliyi və daxili hərarəti hiss edəcək. “Yenə, yenə” adlı mahnıya artıq videoklip də çəkilib. Klipin baş prodüseri Azərbaycanın xalq artisti, yerli estradamızın divası Aygün Kazımovadır. Gənc müğənni İlqarə Kazımovanın debüt ekran işinin rejissoru Anar Hüseynovdur. “Yenə, yenə” mahnısı ilk dəfə Aygün Kazımovanın doğum günündə ifa olunsa da, teleməkanda və radiodalğalarına mahnının rotasiyası klipin təqdimatı baş tutandan sonra olacaq.
“Mənim klipim yerli şou-biznesdə çəkilən kliplərdən fərqli olacaq. O, Avropa formatında olacaq”, - İlqarə Kazımova bildirib.
Xatırladaq ki, İlqarə Kazımova “Eurovision 2011” mahnı müsabiqəsinin yerli seçim turunun finalçısıdır. Bir müddət səhnə fəaliyyətinə ara verən müğənni dinləyiciləri bu ərəfədə 2 mahnı ilə sevindirib. Onlardan biri "progressive house" janrında “Keep on, keepin' on” və pop musiqi janrında olan “Bir az sevgi” mahnıları olub. “Yenə, yenə” layihəsi isə İlqarə Kazımovanın böyük səhnəyə dönüşü olacaq.
Qeyd edək ki, yaxın müddətdə İlqarə Kazımovanın ifasında daha bir neçə kompozisiya təqdim olunacaq. İndi isə İlqarə Kazımovanın debüt işi olan “Yenə, yenə” mahnısına klip çəkilişindən ən maraqlı görüntüləri təqdim edirik.
Cəvahir
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO