Tolikdən qalmaqallı AÇIQLAMA: “İlhamə Quliyevanın çantasını daşımaram”
Bizi izləyin

Tabloid.az

Tolikdən qalmaqallı AÇIQLAMA: “İlhamə Quliyevanın çantasını daşımaram”

Prodüser Tolik yenə də qalmaqallı açıqlamaları ilə şou gündəmini silkələyib.

Publika.az-ın məlumatına görə, Tolik “Xəzər” televiziyasında yayımlanan “İncəsənət” verilişində indiki prodüserləri ağ yuyub, qara sərib: “Hansısa prodüser çalışdığı sənətçinin küsülü olduğu müğənniyə söz atmaqla gündəmə gəlir. Amma prodüser iş görməlidir. Mən belə şeyləri on il əvvəl etmişəm. O vaxt Röya ilə işləyəndə Aygün Kazımovanın maşınına pomidor atmışdım. Amma indi belə şeylər eləmərəm. İlhamə xanım böyük sənətkarımızdır, amma mən onun da çantasını daşımaram. Çünki insan özünə qiymət verməlidir. O, özünə qiymət verdikcə qiymətli olur. Amma sadə olanda sənə heç kim hörmət eləmir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm