Tabloid.az
Toya bir gün qalmış faciə - VIDEO + FOTOLAR
Dövlət Musiqili Teatrında yeni tamaşanın premyerası baş tutacaq.
Publika.az-a bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib.
Yazıçı-dramaturq Əli Səmədlinin yaxın günlərdə premyerası keçiriləcək “Toya bir gün qalmış” komediyasında xalq artisti Afaq xanım Bəşirqızı baş qəhrəmanın obrazını canlandırır.
Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləcə, madiyyat mənəvi dəyərləri üstələyir. Ailənin başçısı – ata ölüb, ailə üzvləri isə dəfn işləri ilə məşğul olmaqdansa, toya hazırlaşır. Qəfildən kişi ayılır, bəlli olur ki, əslində, o ölməyib, sadəcə, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir.
Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, musiqi tərtibatçısı Emin Həsənovdur. Bu gözlənilməz situasiyalarla dolu komediyada səslənən musiqiləri isə tanınmış qarmon ustası, xalq artisti Ənvər Sadıqov səsləndirəcək. Tamaşada əsas obrazları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR