Tabloid.az
“Bozun 50 çaları” yanğınsöndürənləri narahat edir
London yanğınsöndürənləri (LFB) "Bozun 50 çaları" filminin kinoekranlara nümayişilə bağlı 999 nömrəli təcili yardım telefonuna zənglərin sayının kəskin artacağını ehtimal edirlər.
LFB xidməti deyib ki, fevralın 13-də nümayişi gözlənilən filmə baxanlar arasında buxov və ya halqalardan xilas etmək xahişli müraciətlərin arta biləcəyindən "narahatdır".
Aprel ayından bu xidmətə 393 belə hadisə ilə bağlı zənglər edilib.
Anastasia Steele adlı tələbə qız və milyarder Christian Grey-in sevgi münasibətlərindən bəhs edən və "porno məhəbbət əhvalatı" kimi səciyyələndirilən film EL James-in romanı əsasında çəkilib.
LFB rəsmisi Dave Brown filmin nümayişi ərəfəsində bildirib ki, "Bozun 50 çaları" (Fifty Shades of Grey) filmi "buxovlarda ilişib qalanların sayını artıra bilər".
"Mən xatırlatmaq istərdim ki 999 nömrə yalnız fövqəladə səciyyəli vəziyyətlər üçün nəzərdə tutulur və yalnız belə hallarda bu nömrəyə zəng etmək məsləhətdir", - Dave Brown vurğulayıb.
2013-cü aprelindən LFB xidməti aşağıdakı hallarla üzləşib:
- Buxovlardan azad ola bilməyən 28 adama yardım göstərilib
- 293 dəfə bədənin müxtəlif hissələrindən halqa çıxarılıb, o cümlədən, 7 dəfə halqa kişi cinsiyyət orqanından çıxarılıb
- Kişi cinsiyyət orqanının toster və tozsorandan çıxarılması da daxil insanların düşdüyü digər kritik vəziyyətlər
bbc.co.uk
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...