Ayan qızını göstərdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ayan qızını göstərdi - FOTOLAR

Tanınmış estrada ulduzu Ayan Babakişiyeva 2014-cü ilin martın 1-i dünyaya göz açan qızı Selenanın üzünü ilk dəfə geniş ictimaiyyətə göstərdi.

Publika.az xəbər verir ki, 7 martda Xəzər TV-də "Ay Zaur" verilişində Ayan övladını görmək istəyənlərin intizarına sözün yaxşı mənasında son qoydu. "Selena dünyaya gələndən bu veriliş efirdə yayımlanana qədər doğmalarım və dostlarımdan başqa heç kim qızımı yaxından görməmişdi. Hətta İnstagram foto-servisində olan profilimdə də qızımın üzünü kimsəyə göstərməmişəm. Bunun bir neçə səbəbi var idi. Detallarından danışmaq niyyətim yoxdur. Amma Xəzər TV-də çalışan dostlarıma söz vermişdim ki, Selenam eksklüziv olaraq bu telekanalın verilişlərinin birində tamaşaçılara göstəriləcək, ardından fotosessiya saytlarda dərc olunacaq. Nə xoş ki, bu veriliş mənim də sevə-sevə izlədiyim və tez-tez qonaq olduğum "Ay Zaur" oldu", - Ayan bildirib.

İsa Şükürov

Fotolar Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm