Elariz Aygünün cavabını verdi: “Başdan-ayağa...” - REAKSİYA
Bizi izləyin

Tabloid.az

Elariz Aygünün cavabını verdi: “Başdan-ayağa...” - REAKSİYA

Xalq artisti Aygün Kazımova ilə həmkarı Elariz Məmmədoğlu arasında onsuz da isti olmayan münasibətlər bir az da soyuqlaşıb. Xalq artistinin efirdə Elarizlə bağlı söylədiyi fikir qarşı tərəfi özündən çıxarıb.

Belə ki, ATV-nin “Səs verməyin” verilişində aparıcının “Aygün xanım, Elariz Məmmədoğlunun səhvi nədədir?” sualına qarşı tərəfin cavabı belə olub: “Elarizin səhvi diksiyasındadır”.

Bu cavabdan inciyən Elariz Məmmədoğlu Publika.az-a açıqlama verərək Aygün Kazımovanın efirdə söylədiyi fikirdən xoşlanmadığın bildirib:

“Belə insanlara nə deyəsən? Diksiyama gəlincə, mənim danışıq tərzimdə və nitqimdə heç bir problem yoxdur. Pəltək deyiləm, sözlərin tələffüzündə qüsura yol vermirəm. Danışığım da göz qabağındadır. Diksiyasında qüsur olan adam danışanda hərfin birini deyə bilməz. Məndə belə şeylər yoxdur. Əslində mənim problemimdən danışırlar, amma yazıqlar özləri başdan-ayağa problem içindədirlər”.

Maraqlıdır, görəsən, Elariz Məmmədoğlunun Aygün Kazımova ilə münasibətləri necədir? Aldığımız cavab belə oldu: “Mənim heç kimlə problemim yoxdur, ola bilsin ki, kiminsə mənimlə problemi var. Hər halda, efirdə belə xoşagəlməz sözlər danışmaq yaxşı iş deyil. Belə şeylər mənim xoşuma gəlmir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm