Tabloid.az
İzzət Bağırzadə: “Məni buna məcbur etdilər”- FOTOLAR
Əməkdar artist İzzət Bağırov media mənsublarını başına yığıb “Ey dost” adlı yeni klipinin və eyniadlı albomun təqdimatını edib.
Publika.az-ın məlumatına görə, təqdimat mərasimində İzzətin ən yaxın sənət dostları iştirak ediblər.
Medianı salamlayan İzzət yeni yaradıcılıq işindən danışıb:
“Mən bu təqdimatı böyük məkanlarda edib, şou əhlini ora yığa bilərdim. Amma özüm kiçik bir məkan seçdim. Yaxın dostlarım tanınmış aktyor Anar Heybətov, Vasif Məhərrəmli mənim yanımdadır. Hər kəs bilir ki, şou aləmdə mənə Vasif qədər yaxın olan ikinci bir dostum olmayıb. O ki, qaldı yeni klipimə, təqdimat etmək barədə düşünmürdüm. Jurnalist dostum Tahirə Məmmədqızı mənə dedi ki, niyə belə gözəl albomun təqdimatını etmirsən? Belə deyək də, məni buna məcbur etdilər. Onu da deyim ki, bu yeni albomumda tanınmış bəstəkarların musiqiləri yer alıb. Hətta anamın sözlərinə yazılmış bir mahnım da bu alboma daxil edilib”.
İzzət rejissordan da danışıb: “Naillə işləmək mənə çox rahatdır. Bir neçə günə klipi çəkib işi təhvil verir. Əsas odur ki, Naillə biz bir-birimizi gözəl anlayırıq. Klip maraqlı süjet xəttinə malikdir. Atılmış bir kişinin həyatından bəhs edən klipin ssenarisi Nailə məxsusdur, mən onun işinə müdaxilə etməmişəm. Süjet xəttinə görə, yaşlı kişi övladları tərəfindən atılır. Amma heyvanlar onu tərk etmir. Həmin kişi heyvanlarla dostluq edir. Klipin fəlsəfi mənası ilə fərqlənir”.
Vasif Məhərrəmli də təəssüratlarını paylaşıb: “İzzət mənim ailəvi dostumdur. Onun qəmi qəmimdir, sevinci sevincimdir. İnşallah Allah bizə kədər qismət eləməz. Mən İzzətin bütün sevincinə şərik olan insanam. Tikəmizi yarı bölmüşük və belə də davam edəcək. Bu yaxınlarda bir veriliş oldu. İzzət mənə bir hərəkətlə necə dost olduğunu sübut etdi. Mən İzzətdən elə bunu gözləyirdim. Yeni klipinə gəlincə, “Ey dost” əvvəl radio dalğalarında səsləndi, sevildikdən sonra klipə çevrildi. İnanıram ki, klip də mahnı kimi sevilib tanınacaq. Onu da deyim ki, İzzət bizim şou aləmində ən çox klipi olan müğənnidir. Buna görə mən İzzəti təbrik edirəm”.
Rejissor Nail Naiboğlu da danışıb: “İzzətlə çalışmaq mənə xoş oldu, bir-birimizi gözəl anladığımız üçün işimiz rahat oldu. İzzət həmişə sənəti, şəxsiyyəti ilə seçilən müğənni olub. Buna görə onun kimi bir sənətçinin mahnısına klip çəkməkdən zövq aldım”.
Təqdimat mərasiminə qatılan müğənni Roza Zərgərli və Günay İbrahimli də İzzətin yeni klipindən ağızdolusu danışıblar.
“İzzət hər zaman səviyyəli klipləri ilə seçilib. Budəfəki işi də uğurlu alınıb, buna görə onu təbrik edirəm”- Roza Zərgərli belə deyib.
Qeyd edək ki, sözləri dahi Nizami Gəncəviyə məxsus olan mahnının bəstəkarı Səfər Məmmədovdur.
Sonda İzzət dostları və media mənsubları ilə birgə tort da kəsdi.
Klipi izləyərkən müğənninin titrlərdə olan yeni soyadı da diqqətdən qaçmadı. İzzət indən belə İzzət Bağırzadə kimi fəaliyyət göstərəcək.
Cəvahir
Foto: Elçin Murad
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?