Tabloid.az
Anarda iki 7 oldu
Bu gün Azərbaycanın Xalq yazıçısı Anarın dünyaya gəlməsinin 77-ci ildönümüdür.
Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan
Anar 1938-ci ildə martın 14-də iki məşhur yazıçı- Rəsul Rza və
Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Elə yazıçının adı da
ona doğma olan iki insandan bir xatirədir. O, 10 illik musiqi
məktəbini gümüş medalla bitirib. Həyat yoldaşı Zemfira xanımla isə
1-ci sinifdən 10-cu sinfədək bir yerdə oxuyub. Yazıçı Anar Dövlət
Universitetinin filologiya fakültəsinə, Zemfira xanımsa
konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb. Onların
izdivacından bir qız, bir oğlan övladları dünyay gəlib.
Yazıçı Anar həm də içtimai xadimdir. O, Yazıcılar Birliyinin
sədridir. 1995-2000-çi illərdə isə Milli məclisin üzvü olub.
1964-çü ildən Yazıçılar, Kinematoqrafçılar, Jurnalistlər və Teatr
xadimləri ittifaqının üzvüdür. Anarın yaradıcılığında ilk
əsərlərini Şuşada yazıb. “Keçən ilin son gecəsi” və “Bayram
həsrətində” onun ilk mətbu hekayələridir.
Anarın 50-dən çox kitabı dünyanın bir çox ölkələrində nəşr
olunub. Yazıçının pyesləri müxtəlif teatrlarda mütəmadi tamaşaya
qoyulur, xariçi ölkə səhnələrində oynanılır. Onun bir neçə tərçümə
əsərləri də var.O, həm də “Dantenin yubileyi”, “Üzeyir ömrü” və
“Qəm pənçərəsi” kimi filmlərinin quruluşçu rejissoru, 11 bədii
filmin isə ssenari müəllifidir.
Rusiyanın “Mosfilm” kinostudiyasında yazıçının “Mən, sən, o və
telefon” hekayəsinin motivləri əsasında “Hər axşam 11-də” bədii
filmi çəkilib. Onun bir neçə şerinə Xəyyam Mirzəzadə, Çavanşir
Quliyev, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar mahnılar
bəstələyib.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və
1998-ci il martın 14-də yazıçı ölkənin ən yüksək dövlət mükafatı
olan İstiqlal ordeni ilə təltif olunub.
Ötən ilin fevral ayında isə Türkiyənin Eskişehir vilayətində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk sədri seçilib. Həmçinin bu tədbirdə Xalq yazıçısı Anara Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü təqdim olunub.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO