“Hər şey yeyirəm, amma...”
Bizi izləyin

Tabloid.az

“Hər şey yeyirəm, amma...”

Müğənni Sevda Yəhyayeva Novruz bayramı ərəfəsində kökəlməməsi üçün yediyi qidalardan danışıb. Publika.az xəbər verir ki, ifaçı bu haqda ANS telekanalında söhbət açıb.

“Novruz bayramında hər şey yeyirəm. Amma hər şeydən qədərində yeyəsən. Bizim mətbəx çox zəngin və dadlıdır. İnsan özünə qadağa qoya bilmir. Bu səbəbdən də hər şeydən az da olsa yeyirəm”.

Müğənni həmçinin şəkərburaya bəzək vura bilməsindən də danışıb.

“Şəkərburanın kənarını bura bilirəm, üzərini bəzəyə də bilirəm. Lap əla bacarmasam da, öhdəsindən gəlirəm. Ən çox xoşuma gələn də indi müxtəlif rəngli olan şəkərburalardır. Çox gözəl görünür. Məktəbdə oxuyanda qonşularla oturub birlikdə hazırlayardıq. İndi isə çox sağ olsun valideynlərimiz. Onlar hazırlayır, biz isə yeyirik”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm