Tabloid.az
“Rəssamın Tanrıdan fərqi odur ki…” – MÜSAHİBƏ
Rəssam Nizami Atakişiyevin Publika.az-a müsahibəsi.
- Modilyani deyir ki, rəssamlar Tanrıya bənzəyir, ancaq çəkdiklərinə can verə bilmir. Siz necə, öz əsərlərinizə can verə bilirsiniz?
- Can vermək olmur. Yalnız ruhunu ifadə edə bilərsən. Bəzi rəssamlar buna misaldır: Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov. Bunun izahını vermək çox çətin məsələdir. Rəssamlıqda bu, illüziyaya bənzəyir. Yəni gərək özün qarşılaşasan. Biz kimik ki?! Canı Allah verir. Biz Tanrının yerdəki oxşarlarıyıq. Tanrı ilə fərqimiz odur ki, biz bənzətməyə çalışırıq, O isə yaradır.
- Bildiyimə görə, Tiflisdə təhsil almısınız. Hansı müəllimlər sizə rəssamlığın əlifbasını öyrədib?
- Rəssamlığın əlifbasını Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində öyrənmişəm. Lətif Feyzullayev ən yaxşı müəllimim olub. Elə əlifbasını da o öyrədib. Tiflis Akademiyasındakı gürcü müəllmlərinin adları yadımdan çıxsa belə, onları unutmuram. Mənə çox şey öyrətdilər. Gürcü dostlarımla onların doğum günlərini qeyd edərdik. Yığışıb rəssamlıqla bağlı söhbətlər edərdik. Onlarla maraqlı, yaddaqalan günlərim olub. Rəssamlıqda üç əsas tələb var: rəngkarlıq, rəsm, kompozisiya.
- Peyzaj çəkməyi sevirsiz?
- İşim-gücüm elə peyzaj çəkməkdir. (gülür) Peyzaj mənzərə deməkdir. Təbiətdən olduğu kimi götürülür. Daha çox maddi cəhətdən zəif olanlar bu janra üstünlük verir. Yəni mənim kimi rəssamlar... Peyzaj janrında natürmot və mənzərəyə üstünlük verirlər. Rəssamlar süjetli tablolar işləməlidir. Məişət problemləri ucbatından rəssamlar “kopya” edirlər. Sovet vaxtı Azərbaycan Bədii Fondu deyilən kombinat vardı. Ora sifarişlər gəlirdi. Kim oranın üzvü idisə, sifarişləri götürüb işləyirdi. Daha sonra komissiya işlərə baxır və yaxşı olmasa/, səhvlərini deyirdi. Çəkdiyin rəsmin üzərində yenidən işləyə bilirdin. İndi isə sərbəstsən. Heç kim sənin işinə qarşımır. Belə olan halda rəssamlıq da kölgədə qalır. Bizim camaat daha çox fotonu sevir. Əsl sənəti başa düşmürlər. Əgər fotonu olduğu kimi işləyirsənsə, onu bəyənir və alırlar. Rəssamlar İttifaqının üzvüyəm. Sərgi açmaq istəsəm, onlar hər zaman sərgi salonunu pulsuz təşkil edirlər.
- Dünya rəssamlarından yaradıcılığını və əsərlərini izlədiyiniz varmı?
- Daha çox intibah dövrünün rəssamlarının işlərindən böyük zövq alıram. Leonardo da Vinçi, Mikellancelo, Rafael, Rembrand böyük rəssamlardır. “Mona Liza” əsəri ən sevdiyimdir. Dahi rəssam onun dodaqlarını çəkmək üçün ömrünün 12 ilini sərf edib. Da Vinçinin çəkdiyi rəsmlər bununla kifayətlənmir.
- Tiflisdə oxuduğunuz vaxt, bildiyimə görə, siz tibbi kitablarla maraqlanırdınız. Bu, yaradıcılığınıza nə verirdi?
- Tələbəlik vaxtlarımda dünyagörüşümü artırmaq üçün tibbi və fəlsəfi kitablar oxuyurdum. Onları oxumaq yaradıcılığıma böyük təsir göstərir. Ən çox da fəlsəfə ilə maraqlanırdım.
- Sonra Bakıya gəldiniz və evləndiniz. Gəlin açıq bir sual verim. Ailə yaradıcılığa mane olurmu?
- Sovet vaxtı yaxşı yaşamışam. Sovet dağıldıqdan sonra rəssamların hamısını küçəyə atdılar. Mənim yaradıcılığıma maddi cəhət mane olur. Hər bir yaradıcı insana ailəsi əngəldir. Gərək arxanda külli miqdarda pulun olsun ki, ailən rahat olsun, sən də öz işlərini rahat görəsən.
- Daha çox hansı üsluba üstünlük verirsiniz?
- Daha çox avanqard üslubda çəkirəm. “Kopirovka”dan başqa bütün üslublar xoşuma gəlir. Kombinatda işləyəndə bütün rayonlarda əsərlərim vardı. Sifarişlərim çox olurdu. Mənim işlərim daha çox natürmort və mənzərələrdir.
- Son vaxtlar gənclər natürmot janrına üstünlük verirlər. Siz özünüz də uşaq hazırlayırsınız, dərslər keçirsiniz. Nə vaxtsa onların arasından Səttar Bəhlulzadə, Mircavad Cavadov, Toğrul Nərimanbəyov çıxacaqmı?
- Bizim Rəssamlıq Akademiyası və Əzim Əzimzadə adına incəsənət kolleci tamamilə korlanıb. Tələbələrə “kopya” eləməyi öyrədirlər. Bədiiliyi tamamilə itiriblər. Uşaqları sənət baxımından şikəst edib buraxıblar. Onlar yalnız “kopya” edirlər ki, pul qazansınlar. Yəni sənəti öyrətmirlər. Ancaq Gürcüstan məktəbi elə deyil. Mənim tələbələrimdən gələcəkdə Tahirlər, Səttarlar yetişəcək. Mən tələbələrimə xaltura öyrətmirəm. Akademiya isə öyrədir.
- Aha...
- Bir dəfə Səttar Bəhlulzadənin yanına getdim. Dedi “nə işlərin var?” Dedim “nə işləyim?” Böyük rəssamımız dedi ki, “yerdən daş götür”. Yəni sözümün qayəsi odur ki, əsas məsələ mövzu deyil, onu necə işləmək, necə təsvir etməkdir.
- Rəssamı bir cümlə ilə necə ifadə edərdiniz?
- Rəssam ətrafını fırçası, şair sözü, musiqiçi isə səsi ilə təsvir edir. XIX əsrin sonlarında yaşayan fransız rəssamı Sezan deyib ki, mən bir almaya bütün dünyanın xarakterini verə bilərəm.
Oğuz Ayvaz
-
Səhiyyə18:42
Bakıda klinikada qəssabxana açıldı - AQTA işə qarışdı
-
Sağlamlıq17:45
Gecələr yata bilmirsiniz? - Bu üsulla elə yuxuya gedəcəksiniz ki...
-
İqtisadi gündəm17:10
Rus rublu çökdü: Dollar bu qiymətə yüksələcək
-
Region16:52
Qonşumuz ard-arda iki dəfə silkələndi
-
Kriminal16:15
Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olundu
-
MDB15:35
Rus ordusu Kupyanska girdi: Xarkov uğrunda döyüşlər gedir
-
Region14:40
Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...
-
Ekologiya13:10
Sabah hava çiskinli olacaq - PROQNOZ