Tabloid.az
Xalq artisti: “İynə ilə gor qaza-qaza bu səviyyəyə gəlib çıxmışam”
Azərbaycanın xalq artisti Fatma Abdullayeva indiki səviyyəyə gəlib çatmasından danışıb. Publika.az xəbər verir ki, çətinliklə, təkbaşına hər şeyə nail olan aktrisa həyatının çətinliklərindən ATV telekanalına danışıb.
“Birinci, Allahıma təşəkkür edirəm. Mən özümü tərifləməyi sevmirəm. Qoy məni xalq tərifləsin. Şükür edirəm ki, nə yaxşı, mənim sənətim var. İndiki müğənnilər deyirlər ki, atamız, anamız oxuyan olub, səsi olub. Bunlar mənasız söhbətlərdir. Fəhlənin evindən dünya söhrətli bəstəkar çıxır. Bunun valideynlə əlaqəsi yoxdur. Mən kasıb ailədə dünyaya gəlmişəm. İynə ilə gor qaza-qaza bu səviyyəyə gəlib çıxmışam”.
Aktrisa qızının da müğənniliyə olan marağından danışıb.
“Qızım da daim əsgərlərin qarşısında çıxış edib. Mən Ağdamlıyam. Qızım Nigar isə 6-7 yaşından əsgərlərin qarşısında çıxış edib. Gözəl səsi var”.
Hazırda “Bacanaqlar” serialında ana obrazını canlandıran aktrisa aktyor Elməddin Cəfərovu özünün xilaskarı olduğunu da açıqlayıb.
“İllər əvvəl musiqili teatra gəldim. Orada Afaq Bəşirqızı əlimdən tutub mənə arxa oldu. Sonradan sənətimdə böyük durğunluq yarandı. Mən Afaq xanıma dərin təşəkkürümü bildirirəm. Mən illərlə yoxa çıxdım. Sənətkar üçün ən böyük dərd unudulmaqdır. Yaddan çıxmaq xoşagələn hal deyil. 8 il bundan öncə mən Elməddinlə bir filmdə rol aldım. Elə iztirab çəkirdim ki, ölə bilərdim. Yaradıcı insan özünü göstərə bilməyəndə əzab çəkir. Öz-özümə oturub ağlayırdım. Axı mən niyə unuduldum? Bəs mən o zaman bu səhnəyə niyə gəldim? Bu dərdin içindən məni Elməddin Cəfərov çıxartdı. Məni anası obrazına çəkdi. O yaşda çox adamdan kiçikdir. Amma özünə çox böyük hörmət qazanıb. Məni çağırdı və Elməddin məni unudulmağa qoymadı. Göydə Allahıma, yerdə Elməddinə borcluyam. O, mənim oğlumdur. Doğma oğlum olmasa da, o, artıq mənim oğlumdur”.
Musiqili Teatrda xalq artisti cəmi bir tamaşada çıxış edir.
“Buna da şükür edirəm. Bir misal var, çağırılan yeri ar eləmə, çağırılmayan yeri də dar etmə”.
İsa Şükürov
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi