Əli Mirəliyev özündən çıxdı: “Nanə, sən kimsən axı…”
Bizi izləyin

Tabloid.az

Əli Mirəliyev özündən çıxdı: “Nanə, sən kimsən axı…”

Müğənni Əli Mirəliyev aparıcılardan gileylənib.

Publika.az-a danışan müğənni bəzi aparıcıların savadsız olduğunu deyib:

“Baxırsan ki, efirə çıxıb. Amma savadı yoxdur. Aparıcının savadı qonaqlarından üstün olmalıdır ki, onlarla polemikaya girə bilsin. Elə onu bilirlər ki, şou, qalmaqal yaratsınlar ki, səhəri gün saytlar onlardan yazsın. Bir dəfə ATV-nin qonağı idim. Keçmiş aparcı Nanə mənə dedi ki, ay Əli müəllim, siz niyə hamını pisləyirsiniz, özünüzün səsiniz yoxdur, amma Üzeyir Mehdizadəni bəyənmirsiniz? Mən çox əsəbiləşdim. Dedim ki, Nanə, sən kimsən axı, məni Üzeyirlə bir tutursan. Neyləsin yazıq, musiqidən başı çıxmır, Əli Mirəliyevin sənətindən xəbərsizdir, axı. Belələrini görəndə əsəbiləşirəm, sonra da insult keçirirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm