Tabloid.az
Cazibədar aktrisa: “İnsanların çoxu məni savadsız və ağılsız qız hesab edir” - FOTOLAR
28 yaşlı cazibədar aktrisa Meqan Foks aprel ayında “Harper's Bazaar Arabia” jurnalının üz qabığına çəkilib və müsahibə verib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Meqan Foks müsahibəsində deyib ki, insanlar onu ilk dəfə görəndə xarici görkəminə aldanır və özündənrazı hesab edir. Çoxları Kventin Tarantinonun Meqanı nə üçün təriflədiyini başa düşmədiyini də bildirib.
Ən məşhur rolları haqqında: ““Transformer” filminə çəkiləndə mən çox gənc idim. Onda nə etdiyimi heç özüm də dərk etmirdim. Ümumiyyətlə, kadrda mənə heç bir şey etmək lazım deyildi, bunu yaxşı başa düşür və aktrisalıq haqqında ciddi düşünmədiyim üçün ürəyimə çox yaxın qəbul etmirdim. Amma sonradan Kvetin Tarantino kimi insanlar mənə yaxınlaşıb “Cenniferin bədəni” filmindəki rolumu çox yaxşı oynadığımı dedilər. Əgər onun kimi insanlar belə düşünürləsə, deməli, hər şey qaydasındadır. Kventin kimi insanların fikri böyük əhəmiyyətə malikdir”
İnsan onu necə qəbul edir:
“İnsanların əksəriyyəti məni çox savadsız, ağılsız hesab etdiyi üçün ciddi qəbul etmir. Çünki hamı məni nazlı qız kimi tanıyır və ilk baxışdan xarici görünüşümə aldanır. Mən buna yalnız gülürəm, çünki məni əsl model adlandırmaq olmaz.
Brayan Ostin Qrin ilə ailə həyatı haqqında:
“Biz Brayanın anasından həftədə bir dəfə bizə gəlməyi uşaqlarla qalmağı xahiş edirik. Onda biz restorana gedə və romantik şam yeməyi edə bilərik. Amma hələlik uşaqlar elə balacadır ki, başqa ölkəyə səfər etmək ağılsızlıq olardı”.
Xatırladaq ki, Brayan və Meqanın iki oğlu var. Böyük Noa, kiçik oğlu Bodi isə bu yaxınlarda ana olub.
Aytən
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO