Tabloid.az
“Dronqo”ya film çəkilir
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bu il Azərbaycanda bir neçə irimetrajlı filmin çəkilişi tamamlanacaq. Bundan əlavə, 2015-ci ildə daha bir neçə filmin çəkilişinə start veriləcək. Qeyd edək ki, nazirliyin xətti ilə hasil olacaq filmlərin çəkilişləri hələ də davam edir.
Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
2015-ci ildə çəkilişləri davam edən və bu il ekranlara çıxacaq filmlər bunlardır:
1)“Əsgərin şücaəti” - ssenari müəllifi Yavər Rzayev, Konstantin Vorobyov, quruluşcu rejissoru Elxan Cəfərovdur. Filmdə Qarabağ müharibəsi ilə İkinci Dünya Müharibəsində baş verən hadisələr sintez edilib.
2)“Qırmızı bağ” - Azərbaycan və Rusiyanın birgə çəkdiyi filmdir. Rejissoru və ssenari müəllifi Mirbala Səlimlidir. Bu filmin çəkilişləri də bu il başa çatdırılacaq.
3)Hazırda istehsalına başlanan isə “Dünyanı sənlə anlamaq” filmidir. Ssenari müəllifi İmir Məmmədli, quruluşçu rejissor Mirsadıq Ağazadədir. Lirik komediya janrında olacaq. Azərbaycanlı gənclə gürcü qızının çox qəribə şəkildə cərəyan edən sevgi münasibətlərindən bəhs edir.
4)Yavər Rzayev Çingiz Abdullayevlə birgə yazdığı ssenari əsasında “Xeyirlə şərin rəqsi” adlı dedektiv filmin çəkilişinə başlayıb. Çingiz Abdullayevin məşhur Dronqo romanlarından biri – “Quba kapriççosu” əsasında çəkiləcək.
Gülnar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR