
Göz ətrafındaki qaraltı və göz torbaları insanı həm yaşlı, həm yorğun göstərir.
Tabloid.az sizə gözaltı qaraltıdan və torbalardan xilas olmağın üsullarını açıqlayır:
- Paket çay: 2 çay paketini soyuq suya salın. Daha sonra həmin paketləri gözlərin üzərinə qoyaraq 15 dəqiqə gözləyin
- Xiyar suyu: Xiyar suyunu göz ətrafına çəkin və 15 dəqiqə masaj edin. Daha sonra ilıq su ilə gözlərinizi yuyun.
- Portağal suyu və qliserin: Portağal suyu və qliserini qarışdıraraq krem hazırlayın. Bunu həftədə üç dəfə göz ətrafına çəkin.
- Pomidor və limon: Pomidoru, limon suyubu və unu qarışdırın. Gözlərin ətrafına çəkərək 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyun. Bunu hər gün etsəniz daha yaxşı olar.
- Nanə yarpaqları: Nanə yarpaqlarını əzin və 15 dəqiqə gözlərinizdə saxlayın.
- Badam yağı ve süd: Eyni miqdarda badam yağı və südü qarışdırın. Yatmadan əvvəl gözlərinizə çəkin. Səhər ilıq su ilə yuyun.
- Bunlardan əlavə göz ətrafınızdaki problemlərdən tezliklə xilas olmaq istəyirsinizsə, gündə 8 saat yatın, 1-2 litr su için, tərkibində B vitamini olan qidalar yeyin və balıq yağından istifadə edin. Duzu isə həyatınızdan çıxarın.