Tabloid.az
Günay İbrahimli keçmiş prodüserinin cavabını verdi – Qalmaqal
Prodüser Təranə Səmədova ilə müğənni Günay İbrahimli arasında soyuq müharibə, deyəsən, hələ çox davam edəcək.
Təranənin son açıqlaması belə deməyə əsas verir. Qeyd edək ki, prodüser T.Səmədova Teleqraf.com saytına açıqlama verərək belə demişdi: “Günay İbrahimlinin bu gün mənim əziyyətimi yerə vurub, “Ruzini Allah yetirir” deməklə özünə haqq qazandırmağına azacıq qıcıq oluram. Məgər, gəlib sənə deyirəm ki, sənə ruzini mən verirəm? Özünə haqq qazandırmaq üçün belə sözlərə gərək yoxdur. Düzdür, ruzini Allah yetirir. Günay, səndən ayrılandan sonra acından öldüm ki, sən də pul qazana bilməyəsən? Bu gün sən mənimlə işlədiyin vaxtdan qat-qat artıq pul qazanırsan. Və bilirsən ki, sənin qazandığın pullarda mənim də əməyim var. Özünü bu kimi sözlərlə aldadıb, təskinlik tapırsan... Televiziyada, radiolarda hər dəfə mənə replika atır. Adımı çəkməyə isə cürəti çatmır. Çünki çəksə də belə, ətrafı onu qınayar ki, Günay, sənin başın xarab olub. Yəni səni tanıdıb, məşhur edən Təranə Səmədova olub. İndi qınından çıxıb, bəyənməzlikdən gəlirsən?!”
Keçmiş prodüseri Təranə Səmədova ilə bağlı mövzunu qapadığını deyən Günay onun fikirləriylə qətiyyən razılaşmadığını bildirdi və sözünün üstündə durduğunu vurğuladı: “Bəli, ruzini verən Allahdır. Mən hər yerdə bunu demişəm və yenə də təkrarlayıram. Mən ruzi-bərəkətimi Allahın köməkliyi ilə qazanıram. Təranə Səmədovanın da dediklərinə cavab vermək fikrində deyiləm”.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı