Mətbəx işlərini yüngülləşdirən məsləhətlər
- Tabloid.az
-
18 İyun 2014 16:06
- 754 Baxış
- Torta qatacağınız qoz, fındıq tortda bərabər
şəkildə yayılması üçün onları una buladıqdan sonra
qatın.
- Peçenyelərin bərkiməməsi üçün tənəkə qutuda
(yüksək keyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına
bir-iki dilim alma qoyun.
- Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə
sirkəli suda saxlayın və sonra yuyun.
- Cemin xarlanmasının səbəblərindən biri də cemi
qabdan sulu qaşıqla götürməkdir. Həmişə cemi götürərkən qaşığı
salfet və ya dəsmalla qurulayın.
- Cemin köpüklənməsini istəmirsinizsə,
bişirərkən içinə qoz böyüklüyündə yağ atın.
- Makaronu qaynadarkən suyuna bir qaşıq duru yağ
tökün ki, bir-birinə yapışmasın.
- Çörəyin kiflənməməsi üçün çörək qutusuna bir
qab duz qoyun.
- Keksin daha çox qabarsı üçün tərkibinə bir
qaşıq qaynar su əlavə edin. Amma yumurtaları çalmazdan öncə suyu
tökmək lazımdır.
- Təzə çörəyi asan kəsmək üçün bıçağı bir neçə
saniyə odda qızdırın.
Bizi telegramda izləyin