Tabloid.az
Flora Kərimova: “ Başqa yollara əl atırlar” - FOTO
Xalq artisti Flora Kərimova "Teleqraf.com" saytının suallarını cavablandırıb.
- Flora xanım, müğənni Səidə Sultan telekanallardan
birində verdiyi açıqlamasında deyib ki, yerli şou-biznes
nümayəndələri 2 yerə ayrılıb - Floraçılar, İlhaməçilər... Sizcə, bu
doğrudan belədir?
- O, bunu nəyə əsasən deyib? Səidənin özü hansı qruplaşmaya aiddir?
Floraçılara, ya İlhaməçilərə?
- O, özünü heç bir qruplaşmaya aid etməyib.
- Mən bir söz deyə bilmərəm. Bilirsiniz, insanın dünyagörüşündən və
sənətə münasibətindən çox şey asılıdır. Əgər Səidə elə düşünürsə,
bu, onun şəxsi fikridir. Ancaq mənim Səidə Sultana bir sualım var:
özünü hansı qrupa şamil edir, İlhaməçilərə, yoxsa Floraçılara? Əgər
o, hansısa qruplaşmanın təsiri altına düşməyibsə, mən onu ancaq
alqışlayıram. Özüm haqqında danışmağı sevmirəm və heç bir qrupum
yoxdur. Müğənniliyimi bəyənən və bəyənməyən ola bilər. Amma məni
heç bir zaman elə-belə, havadan tərifləməyiblər.
- Ümumiyyətlə, şou-biznesdə qruplaşma var?
- Mənim şou-biznesə aidiyyətim yoxdur.
- O zaman sənət aləmini deyək...
- Qruplaşma olduğunu bilmirəm. Amma hər bir insan nəsə söz deyəndə,
öz qabiliyyətini, intellektini, mahiyyətini ortaya qoyur. Mən nəsə
deməyə çətinlik çəkirəm. İndi biznes qazanmaq üçün şouya əl
atırlar. Şounun ciddiliyi onun professionallığındadır. Gözəl,
zövqlü bir şou nə deməkdir? Tamaşa deməkdir. Şou qeybət, “dığ-dığ”,
“ev yıxmaq”, arxaca danışmaq deyil. Şou tamaşadır. Şou güclü
olmalıdır, rejissor işi yüksək olmalıdır. Amma indi təqdim edilən
şoulardan adam iyrənir, ürək bulandırır. Həmin adamdan iyrənirsən.
Bəlkə də,baxan adam da özündən iyrənir. Amma qəribədir ki,
çoxlarını belə şou çəkir, cəlb edir. Bizdə şou var, amma biznes
qazanmaq üçün... Ona görə də bu, yeni bir fikir deyil. Şounun
arasında biznesə qədər fərq var. Biri var, halal yolla,
professionalcasına qazanasan, sənət tarixində ad, iz qoyasan. Öndə
olasan, sənin arxanca, məktəb getsin. Biri də var ki, pulun, 5 gün
dolanmağın, bir parça çörəyin xətrinə çirkablara əl atasan...
Qazandığın da nə olur? Nifrət! İnsan bu iki seçim arasında düzgün
yolla getməlidir. Bu saat həyat o qədər çətindir ki. Əgər sən əsl
sənəti şoudan ayırmırsansa, onu şouya qurban verirsənsə, demək,
səndən sənətkar olmayacaq. Ortalıqda dolaşan “pıçhapıç” edən
adamlardan artıq olmayacaqsan.
- Sizcə, insanlar niyə daha çox şouya, qalmaqala meyl
edirlər?
- Pul qazanmaq lazımdır. Şoudan qazanmaq olur. “Vedomost”a qol
çəkib pul almaq lazımdır. Bir-iki dəfə qalmaqala əl atırlar,
görürlər ki, asandır. O yolla da gedirlər... Daha demirlər ki, o
pulun pis qoxusu var. Həmin pulun hesabına aldıqları çörəyin,
udduqları tikənin pis qoxusu var. Bir də ki, həyatın özü çirkab
üzərində qurulub. Heç vaxt həyatda təmiz, ülvi münasibət
axtarmayın. Elə insanlar var ki, mənəvi cəhətdən təmizdirlər.
Həyatda çabalayırlar. Sonra görürlər ki, yox, alınmadı. Çörəksizəm,
qazanım qaynamır, əyin-başım nimdaşdır. Qonşuya baxıb deyir ki,
bunun həyat tərzini bəyənmirdim. Amma indi o, məndən üstündür.
Qısası, indi vəziyyət Molla Nəsrəddinin “ye, paltarım, ye” məsəlinə
dönüb, çox çətindir... Baxırlar ki, qonşu yaxşı yaşayır. Başqa
yollara əl atırlar. Düzgün yol, təmizlik axtarmırlar. Daha
düşünmürlər ki, sən anasan, ya atasan, ya da ki ailəsən... Hər
zaman demişəm, oğlum var, qapı döyəcəyəm. Qızım var, qapımı
döyəcəklər. Qızımın ailəsinin belə olması başqa məsələdir. Mənim
qapımı döyəndə alnım açıq olub. Demişəm ki, gəlin, yuxarı başda
oturun. Mənim qapımı döyüb, qızımı toyla-büsatla aparanda bu, mənim
qazancım idi. Mən qapımı alnıaçıq açmalıyam ki, sabah övladımın
başına qaxınc olmasın. Mənim övladım haqqında söz deməsinlər.
Ayrılanda arxasınca vedrə bağlamasınlar. Bax belə, çətin həyatdır.
Ondan da baş çıxarmaq çox çətindir. Belə şeylərə uymamaq üçün hər
şeyin mahiyyətini, qiymətini bilmək lazımdır. Şükür allaha, hər şey
normaldır. Onsuz da bu həyatı pis-yaxşı yaşamalıyıq. Hərəmiz öz
üstümüzdə adımızı, namusumuzu, mədəniyyətimizin yükünü daşıyırıq.
Mən olduğum kimi görünürəmsə, ya da göründüyüm kimi oluramsa,
deməli, həyatımın öz dəyərini daşıyıram. Bu milləti, xalqı aldatmaq
mümkün deyil. Üzdə gülüb, arxada sənin kim olduğunu adamın yadına
salırlar.
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...