Tabloid.az
Uşaqlar üçün ən faydalı qidalar
Uşaqların sağlam böyüməsi üçün sağlam qidalanma vacibdir. Bəzi qidalar var ki, onlar uşaqların rasionundan əskik edilməməlidir.
Uşaqlar üçün ən faydalı qidaları təqdim edirik:
Uşaqlar gün ərzində mütləq meyvə yeməlidirlər.
Xüsusilə də alma onların sağlam böyüməsinə çox böyük təsir edə bilər. Gündə bir-iki almanı dilimləyərək uşaqlarınıza yedirin. Almanın qabığını soymayın.
Uşaqların çox tərəvəzdən nifrət edir. Ona görə də tərəvəzləri onların sevdiyi qidalara qataraq yedizdirməyə çalışın. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə də ispanaq, çuğundur uşaqlar üçün faydalıdır.
Çərəzlər uşaqların yağ ehtiyaclarını sağlam şəkildə qarşılayır və onlara enerji verir.
Uşağınız çərəzi xoşlamırsa, yer fındığı əzməsini kəpəkli çörəklə bir yerdə sendviç hazırlaya bilərsiniz.
Yer fındığı əzməsi protein, maqnezium, dəmir qaynağıdır.
Balıq uşaqlarınızın sağlamlığı üçün çox əhəmiyyətlidir. Ton balığının tərkibindəki zülal, omeqa 3 uşağınızın inkişafı üçün olduqca xeyirlidir.
Uşaqlarınızın yeməklərinə mütləq pendir əlavə edin. Yağsız, süzmə pendir və keçi pendirinin ideal zülal qaynağı olduğunu unutmayın.
Tam taxıl məhsulları da uşaqlar üçün çox faydalıdır. Kəpəkli makaron, tam taxıl çörəkləri, səhər yeməyi üçün xırtıldayan çörəklər, qara düyü və s. uşaqların rasionunda daim yer almalıdır.
Makaron, plov şəkilində uşaqlarınıza verdiyiniz bu məhsullar da zülal baxımından zəngindir.
Zülal, karbohidrat və dəmir baxımından zəngin olan lobyadan yemək və salatlar hazırlayın.
Patlamış qarğıdalı uşaqların sevərək yedikləri ideal bir seçimdir.
Su, meyvə suları və süd uşaqların qida rasionunda xüsusi yer tutmalıdır.
Tabloid.az
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi