Tabloid.az
Astroloji proqnoz - 6 avqust
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Hiss olunur ki, ətrafınızda olanların əksəriyyəti fikirlərinizə qarşıdır. Lakin bunu əsəbi şəkildə qəbul etməməlisiniz. Sübut edin ki, haqqınızda deyilənlər doğru deyil.
BUĞA - Astroloji göstəricilər düşərli bir gün yaşayacağınızı bəyan edir. Ətrafınızda hər şey gözəl olacaq. Amma vaxt tapıb müqəddəs ziyarətgahlarımıza da baş çəkməyə çalışın.
ƏKİZLƏR - Hansısa xoşgəlməzlik haqqında düşünməyə dəyməz. Çünki ulduzların düzümü günün əksər saatlarını xoş ovqatda keçirəcəyinizi bildirir. Təzə xəbərlər və pul da gözlənilir.
XƏRÇƏNG - Həddindən ziyadə məhsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Yeni təkliflərə razılıq verin. Əks təqdirdə, müttəfiqlərinizi itirəcəksiniz.
ŞİR - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, sonrakı müddəti normal şəkildə başa vura biləcəksiniz. Bütün iş və görüşlərinizdə Allahı yaddan çıxarmayın.
QIZ - Qərarlarınızda qətiyyətli olmasanız, qarşınıza çıxan mühüm şanslarınızı itirəcəksiniz. Risk etməkdən qorxmayın. Hər şeydən əlinizi üzəndə heç olmasa sevgi amilindən bəhrələnin.
TƏRƏZİ - Yaxşı olar ki, vaxtınızı bütünlüklə istirahətə həsr edəsiniz. Çünki hesablamalar fəaliyyətdə passivliyin hökm sürəcəyini göstərir. Qonaq getməyə, əylənməyə səy göstərin, hündür yerə çıxmayın.
ƏQRƏB - Ailə-sevgi münasibətlərində bütün proseslər ürəyinizcə olacaq. Bu səbəbdən də qarşı tərəfin rəylərinə hörmətlə yanaşmalısınız. Yeni sövdələşmələrdə təşəbbüskarlığı ələ alın.
OXATAN - Avqustun ən dəyərli günlərindən birini yaşayacaqsınız. Atdığınız addımlar ətrafda sizə qarşı böyük rəğbət yaradacaq. Amma unutmayın ki, gün ərzində mənfi enerjili Ay bürcünüzdə qərar tutacaq.
OĞLAQ - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə səhhətinizlə bağlı problemlərin baş qaldırması əsəblərinizə mənfi təsir göstərə bilər.
SUTÖKƏN - Bəxtinizdə müəyyən qədər mübahisəli bir tarix durur. Odur ki, istər evdə, istərsə də iş yerində çılğınlıqdan uzaq olmalısınız. Konflikt yaratmaqdansa, barışdırıcı mövqe seçin.
BALIQLAR - Yeni simalarla rastlaşma ehtimalınız böyükdür. Ola bilsin ki, qarşılaşdığınız adamların bir çoxu mövcud problemlərinizin həllində əsaslı rol oynasın. Odur ki, buna hazır olun.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO