Tabloid.az
Zaur Baxşəliyev: “Müharibə olmasını istəmirəm!”
Avqustun 4-də tanınmış aparıcılar Zaur və Günay Baxşəliyevlərin qızı Dilavərin bir yaşı tamam oldu.
Tabloid.az xəbər verir ki, cütlük qızlarına doğum günü keçirmədi. Belə ki, Zaur Baxşəliyev hazırda Azərbaycan-Ermənistan sərhəddində şəhid olan əsgərlərimizin ruhuna hörmət əlaməti olaraq qızına çal-çağır məclisi qurmaqdan vaz keçib.
Bu haqda isə müğənni Xatirə İslam “İnstagram” bloqunda yazmışdı. Müğənni oğlu Emilin fotosunu paylaşaraq, onun dilindən Zaurla Günayın qızının bir yaşını təbrik etmişdi:
“Salam, əziz dostlar. Mən Emiləm, tanıdınız? Bu gün mənim Dilavər bacımın ad günüdür, onu təbrik edirəm. Allah bütün övladları atalı-analı böyütsün. Düzdür, Zaur dayı şəhid olan əsgərlərimizə görə ad günü keçirmədi. Amma inşallah, bu yaxınlarda hər şey yaxşı olanda qeyd edər”.
Z.Baxşəliyev də Xatirə İslama təbrikdən dolayı təşəkkürünü bildirib:
“Canım Emilim, çox sağ ol. Allah səni vətənə, torpağa layiqli övlad kimi böyütsün. Siz böyüyüb, aydın səma altında yaşayın, güllə səsi eşitməyin, anaların göz yaşını görməyin. Biz uşaqlığımızı güllə altında keçirdik, Allah balalarımıza bunu göstərməsin. “Müharibə olsun” deyənlər bilmirlər ki, onun dəhşətli anları insanlara nə qüssələr bəxş edir. Allah bir də xalqımıza belə gün göstərməsin”.
Qeyd edək ki, Zaurla Günay 2012-ci ildə ailə qurublar. Zaur qızına anası Dilavər xanımın adını qoyub.
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?