Tabloid.az
Baxışları daha mənalı göstərməyin yolları - Fotolar
Gözləriniz kiçikdir, bəlkə də kifayət qədər qıyıq deyil... Yoxsa, siz iri və yumru gözləri xoşlayırsınız? Tabloid.az göz qələmi ilə istədiyiniz formanı tətbiq etmək qaydalarını izah edir:
Göz makiyajının qüsursuz olmasını təmin etmək üçün 2 şeyə ehtiyacınız var. Biri göz qələmi, digəri isə bizim məsləhətlərimizdir.
- Makiyajın daha diqqət çəkən olması üçün göz kölgəsi ilə eyni rəngdə göz qələmindən istifadə edə bilərsiniz.
- Qaşların daha qalın və səliqəli olması istəyirsinisə, göz qələmini qaş qələmi yerinə istifadə edin.
- Tünd göz kölgəniz bitib? O halda boz, qəhvəyi, ya da qara göz qələmini qulaq çöpü, yaxud pambıqla göz qapaqlarına yayın.
- Pişik gözlərə sahib olmaq üçün qələmi göz qurtaracağından gicgahlarına doğru uzatmaq kifayətdir!
- 60-cı illərin dəbinə uymaq istəsəniz, qələmlə yanağınıza, ya da dodağın üstünə bir xal qoya bilərsiniz.
- Yaponlar kimi qıyıq gözlərə sahib olmaq istəyirsinizsə, göz qələmini üst və alt kirpiklərin ortasından başlayaraq göz axırına qədər çəkin!
- Əgər ağ dərilisinizsə, qəhvəyi göz qələmi çəkərək üz cizgilərini yumşalda bilərsiniz.
- Gözləriniz böyükdürsə, iç qisimlərinə qələm çəkərək onları daha kiçik göstərə bilərsiniz.
- Gözlərinizi daha böyük göstərmək istəyirsinizsə, alt və üst ətrafına qələm çəkməyiniz kifayətdir!
- Gözləriniz aşağı doğrudursa, kirpik diblərinə düz şəkildə qələm çəkərək xoş bir görüntü əldə edə bilərsiniz.
- Dumanlı göz makiyajı istəyirsinizsə, göz qələmini çəkdikdən sonra qulaq çubuğu ilə xətti səliqə ilə dağıdın. Beləliklə, Cansu Dərənin gözləri kimi dumanlı baxışlara sahib ola bilərsiniz.
- Gözlərin qıyıq görünməsini istəyirsinizsə, göz kənarından başlayıb gözün sona qədər qələm çəkin.
- Gözlərin iç və xarici hissəsinə qələm çəkmək, baxışların daha da mənalı olmasını təmin edir.
- Alt göz qapaqlarına ağ qələm çəkməklə gözlərin daha parlaq görünməsini təmin edə bilərsiniz.
- Gözləriniz bir-birindən uzaqdırsa, göz ortasından göz kənarına qədər alt və üst hissəsinə qələm çəkin.
- Gözləriniz bir-birinə yaxındırsa, ortasından göz sonuna qədər alt və üst hissəsinə qələm sürməlisiniz.
- Qaşları daha uzun göstərmək istəyirsinizsə, uyğun rəngli göz qələmi ilə qaşları uzada bilərsiniz.
- Gözləriniz rənglidirsə, rəngli göz qələmlərini sınayın. Mavi və yaşıl tonlarda qələmlər baxışları yumşaldır.
- Yalnız üst kirpik diblərinə qələm çəkmək gözlərin daha iri və yuxarı doğru görünməsini təmin edir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan