Tabloid.az
Yayın ən gözəl ağ cins dəbi - Fotolar
Yayı ağ rəngli cinslərlə yola salın...
Ağ yay aylarının ən çox istifadə edilən rəngidir. Çünki ağ rəng bizi qışın qaranlıq və solğun havasından xilas edib, parlaq işıq vəd edir. Yayın son həftələrinin dadını çıxartmaq üçün hər kəsə qara geyimləri bir kənara atıb bəyazlara bürünməyi tövsiyə edirik. Bunun səbəbi isə açıq rənglərin bədəni daha sərin saxlaması ilə bağlıdır. Ağ cinsləri aşağıdakı geyimlərlə birləşdirsəniz, zəhmətsiz şarm əldə edəcəyinizə zəmanət verə bilərik. Tabloid.az ağ cinslərin aktual olduğu bir vaxtda onu necə və nə ilə geyinmək lazım olduğunu təqdim edir:
Bu yay kombinezonların dəbə mindiyini söyləmişdik. Bu qayda ağ kombinezonlarda daha gözəl görünür. Ağ rəngli kombinezonun altına eyni rəng köynək seçərək şıq obraza nail olarsınız. Bu stili idman ayaqqabısı, yaxud sadə dikdaban ilə tamamlağı öz seçiminizə buraxırıq.
Ağ rəngli cins şalvarlar təkcə yay aylarının deyil, qış aylarında da sevilən geyimlərindən birinə çevrilib. Ağ rəngli cırıq cins şalvarları krujevalı köynəklərlə birləşdirərək iki trendi bir arada istifadə edə bilərsiniz. Bu stil gecə gəzintiləri üçün ideal hesab olunur.
Enli ağ cins şalvarlar da yay dəbinə aiddir. Bu şalvarı isə ipək şifon tökülən köynək və dikdaban ayaqqabı ilə birləşdirərək romantik və zərif görüntüyə sahib olarsınız.
Ağ cinsə yaraşan digər bir parça isə mavi cinslər və ya düyməli (oxford) köynəklərdir. İkisinin mükəmməl uyğunluğu sizi casual stilinə bürüyəcək. Casual - gündəlik, təsadüfi seçilmiş, klassik detallardan uzaq, rahat və əlverişli geyim tərzi deməkdir. Əslində bu stildə məhdudiyyət qoyulmur. Bu obrazı dikdaban ayaqqabılarla vurğulaya bilərsiniz.
Yayda qaralmış ayaqları vurğulamaq üçün ağ cins şortlardan yaxşı heç nə ağlıma gəlmir. Bu qısa şortun üstünə yayın istisini hiss etməmək üçün öz zövqünüzə uyğun sadə və yüngül bir şey seçə bilərsiniz.
İş xanımları ofis stilinə şıqlıq əlavə etmək istəsələr, bleyzer pencəklərə yönələ bilərlər. Klassik kəsimi olan hər hansı bleyzer pencəyi ağ cins şalvara uyğunlaşdıraraq ofis stilinizlə fərq yarada bilərsiniz. Bleyzer əlvan rənglərdə olarsa, daha çox diqqət çəkici olarsınız. Yaxud üstü cızıqlı bir model seçə bilərsiniz.
Nazik iplərdən toxunan köynəklər sərin yay gecələrində stilinizə şıqlıq qata bilər. Bu casual parçalar ağ cins şalvarlarla, yubkalarla birləşdiyi zaman möcüzələr yaradır. Lakin rənginin açıq və əlvan tonlarda olmasına fikir verin.
Ağ dar cins şalvarları dinamik göstərmək istəyirsinizsə, xəyal gücünüzdən qaynaqlanın. Bu şalvarla sərhədləri aşaraq ən ağlagəlməz kombinasiyaları yaratmağa icazə verilir.
Sonda ağ cins yubkalardan danışmasaydım, ciddi səhvə yol vermiş olardım. Bu yubkalar yay ayları üçün çox istifadə edilən və əlverişli modeldir. İdman stilinə üstünlük verənlər ketalarla, yaxud üstü nömrəli köynəklər birləşdirə bilər.
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"