Tabloid.az
Paytaxt kinoteatrında 18+ film göstəriləcək
Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başlayır.
Tabloid.az xəbər verir ki, kinosevərlərə bu gündən etibarən “Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər ” və “Təyyarələr: alov və su” 3D animasiya filmləri göstəriləcək.
Amerika istehsalı olan “ Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər” filmini rejissor Frenk Miller savaş, triller və kriminal janrında çəkib. Filmin yaş məhdudiyyəti: 18+-dur.
Nensi xəfiyyə Xartiqanın ölümü ilə barışmağa çalışdığı zaman Günahlar Şəhərinin qaranlıq dalanlarında Duayt ona xəyanət edən Ava Lord adlı qadından rəhmsizcəsinə qisas almaq istəyir.
Filmdə baş rolları Cessika Alba, Pauers But, Coş Brolin, Rozario Douson, Cozef Qordon-Levitt, Yeva Qrin və başqaları oynayıblar.
Amerika istehsalı olan “Təyyarələr: alov və su” animasiya filmini rejissor Roberts Gannaway komediya, macəra, ailəvi janrında çəkib. Filmin yaş məhdudiyyəti yoxdur.
Hava yarışmalarının əfsanəsi təyyarəçisi Dasti mühərriki zədələnmiş olduğunu və yarışlarda daha heç vaxt iştirak edə bilməyəcəyini öyrəndikdən sonra özünə yeni məşğuliyyət axtarır. O, aviasiya veteranı Rencer adlı helikopterin rəhbərliyi altında cəsarətli yanğınsöndürənlərlə tanış olur. Yanğın aviasiyasının işinin nə qədər çətin və təhlükəli olduğunu bilən Dasti əsl qəhrəman və fədakar, xilaskar olmaq istəyir.
Rolları aktyorlar Culi Bouen, Korri İnqliş, Ed Harris, Deyn Kuk, Recina Kinq və başqaları canlandırıb. Balaca tamaşaçılarımız filmin nümayişindən böyük zövq alacaqlar.
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ