Çəhrayı dodaq boyası çəkməyin qaydaları - Fotolar
Bizi izləyin

Tabloid.az

Çəhrayı dodaq boyası çəkməyin qaydaları - Fotolar

Gözəlliyinizi çəhrayı dodaqlarla vurğulayın!

Çəhrayı rəng dodaq boyasının ən yaxşı tərəfi bütün dəri rənglərinə yaraşmasıdır. Ancaq nə qədər gözəl görünəcəyiniz hansı çalarını seçməyinizdən asılıdır. Yəni çəhrayı rəngdə dodaq boyalarını sevirsinizsə, sizə ən çox yaraşan tonlarına üstünlük verməlisiniz.

Bu zaman bir çox faktoru nəzərə almalısınız. Məsələn, dişləriniz saralıbsa, açıq çəhrayı rəngli pomada dişlərinizi daha da sarı göstərəcək. Ona görə də daha tünd çalarlara müraciət etməlisiniz. Göz makiyajınızı da seçdiyiniz çalara uyğun etməlisiniz.

Göz makiyajında diqqət çəkici rənglərdən uzaq durun və sadəliyə üstünlük verin. Beləliklə, çəhrayı rəng möhtəşəm dodaqlarınızı ön plana çıxaracaq.

Tabloid.az ilham almağınız üçün sizə dünyaca məşhur ulduzların çəhrayı dodaq boyası seçimlərini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm