Mina pulla danışacaq
Bizi izləyin

Tabloid.az

Mina pulla danışacaq

Mina Sovetski gözlənilməz açıqlama verib.

Mina Sovetski gözlənilməz açıqlama verib.

Müğənni Tabloid.az saytına müsahibə verməsi üçün qonorar istəyib:

“Mən pulsuz müsahibə vermirəm. Yəni məndən müsahibə götürməyiniz üçün ödəniş etməlisiniz. Azərbaycanda bunu kimsə etməlidir ki, ardı gəlsin. Əslində, xaricdə bütün sənətçilərdən müsahibə götürmək üçün pul ödəyirlər. Jurnalistlər müğənnilərdən reytinq qazanırlar. Biz də qazanmalıyıq”.

Mina müsahibə üçün ona 1000 manat qonorar verilməsini istəyib:

“Sizə bir saat vaxtımı sərf edə bilərəm. Bunun müqabilində isə mənə 1000 manat ödəyəcəksiniz. Birinci ödəniş, sonra müsahibə. Özü də suallara da öncədən baxmalıyam”.

Qeyd edək ki, Mina müğənni Elnarə Xəlilovanın xalası qızıdır. Hətta 2009-cu ildə Elnarə Xəlilova da mətbuatda müsahibələrini pul qarşılığında verəcəyini bildirmişdi. O, bunun üçün 100 manat qonorar istəmişdi.

Xalq artisti Aygün Kazımova isə buna münasibət bildirərkən “Qoy Elnarə hələ 100 manat qonorar alsın, sonra müsahibə üçün pul istəsin!”- demişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm