Tabloid.az
Astroloji proqnoz - 24 sentyabr
QOÇ - Planetlərin bürcünüzdəki müsbət düzümü bu təqvimi romantik
tərzdə başa vuracağınıza dəlalət edir. Ən azı iki istiqamətdən
sevindirici xəbər ala bilərsiniz. Saat 19-21 aralığında isə
ehtiyatlı olun.
BUĞA - Yalnız maliyyə məsələlərinin həllində uğur qazana
bilərsiniz. Hansısa riskli hərəkət və ya yeni işə başlamaqsa
uğursuzdur. Ailə üzvlərinizlə, dostlarınızla mübahisəyə yol
verməyin.
ƏKİZLƏR - Uğurlu gün hesab etmək olar. Ötən on gündə yığdığınız
gərginlik xeyli səngiyəcək. Günün ikinci yarısında maraqlı görüş və
qonaqlıqlarda iştirakınız da gözlənilir. Məğrur olun.
XƏRÇƏNG - Sağlamlığınızla bağlı əmələ gəlmiş problemləriniz
azalacaq. Amma günün birinci yarısında daha çox istirahət
etməlisiniz. Nahardan sonra isə varlanma ehtimalınız mümkündür.
ŞİR - Ulduzlar ayın ən uğurlu günlərindən birini yaşayacağınızı
bəyan edir. Bir tərəfdən şəxsi işlərinizdə müsbət dönüş baş
verəcək, digər tərəfdənsə perspektivli təklif alacaqsınız.
QIZ - Səbəbsiz narahatçılığınızı dəf etmək üçün yeni mühitdə, yeni
insanlar arasında olmağınız məsləhətdir. Bu səbəbdən qonaq getməyə
hazırlaşın. Səhhətinizə də fikir verin.
TƏRƏZİ - Bu gün bürcünüzün "hakimiyyət kürsüsündə" əyləşməsi
qarşınızda ciddi seçim qoyacaq. İndi konkret addım atmaq yox,
yalnız götür-qoy etmək lazımdır. Yeni əlaqələrə isə can
atmayın.
ƏQRƏB - Yaxşı olar ki, əsas vaxtınızı istirahətə həsr edəsiniz.
Yeni əməkdaşlıq haqqındakı planlarınızı müvəffəqiyyətlə başa vurmaq
istəyirsinizsə, yaxşı-yaxşı götür-qoy edin. Səfərə çıxmaq daha
maraqlıdır.
OXATAN – Təxminən saat 14-ə qədər istirahət etməyiniz məsləhətdir.
Onsuz da həmin ərəfədə hansısa ciddi bir iş görməyiniz çətindir.
Sonrakı müddətdə isə əksinə, aktivliyinizi artırmalısınız.
OĞLAQ - Qarşınızda sürpriz dolu bir təqvim dayanıb. Odur ki,
passivlik göstərməməli, bütün enerjinizi nəzərdə tutduğunuz
planların həlli istiqamətinə yönəltməlisiniz. Axşam mübahisədən
çəkinin.
SUTÖKƏN - Ruhunuzu bürüyən gərginliklə mübarizədə daxili
rahatlığınızı bərpa edə biləcəksiniz. Bunun üçün maraqlı ünvanlarda
olmağınız da vacibdir. Qlobal məsələləri məhz bu gün
planlaşdırın.
BALIQLAR - Ətrafınızdakıların sizi lazımınca başa düşməməsi
səbəbindən ovqatınız aşağı ola bilər. Amma reallığa obyektiv qiymət
verməklə çıxış yolu tapa bilərsiniz. Həmkarlarınızla mülayim
davranın.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri