Tabloid.az
Astroloji proqnoz - 8 oktyabr
QOÇ – Bu vaxta qədər baş verən cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. kimi mənfi fəsadlar elə səhər saatlarından aradan qalxmağa başlayacaq.
BUĞA - Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Bu gün əlinizə düşən pulları boş məsrəflərə xərcləməyin.
ƏKİZLƏR – Saat 14-16 aralığını nəzərə almasaq, bu gün tam mənasıyla ürəyinizcə olacaq. Amma gərək "bir əldə iki qarpız" tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Sürprizləriniz də çox olacaq.
XƏRÇƏNG – Gün ərzində boş dayanmağınıza lüzum yoxdur. Çünki sizin kimi romantik şəxslərə bu gün heç bir zərər dəyməyəcək, üstəlik, aktivləşdiyiniz indiki dövrdə şanslarınız da artacaq.
ŞİR - Bu gün bürcünüz üçün ciddi seçim ərəfəsi olacaq. Yolayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir kənara qoyun.
QIZ – Ulduzlar məsləhət görür ki, pul problemlərini qabartmayasınız. Çünki istəsəniz də, istəməsəniz də, bu təqvimi kasıbçılıqla başa vuracaqsınız. Bu səbəbdən əsas diqqətinizi münasibətlərə yönəldin.
TƏRƏZİ – Ötən günlərlə müqayisədə bu günün sizə əhəmiyyəti böyük olacaq. Belə ruh yüksəkliyinin yaranması bürcünüzün aktivləşməsi ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli əlaqələr mümkündür.
ƏQRƏB - İxtiyarınızda kifayət qədər təzadlı bir tarix durur. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də yaxşı bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan imtina edin.
OXATAN - Bütün vacib planlarınızı saat 15-ə qədər həyata keçirməyə çalışın. Çünki günün yalnız bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Daşınmaz əmlak alış-verişindən uzaq olun.
OĞLAQ - Ulduzların düzümü saat 13-ə qədər ümumi işlərinizdə passivliyin hökm sürəcəyindən xəbər verir. Həmin müddətdə riskli işlərdən uzaq olmalı, yeni müqavilə və təkliflərdən boyun qaçırmalısınız.
SUTÖKƏN - Xırda mübahisələri nəzərə almasaq, bu gün sizin üçün normal keçəcək. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Öz ideyalarınızı beyinlərə təmkinlə yeridin.
BALIQLAR – Saat 12-yə qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Sonrakı müddətdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında heç bir çətinlik çəkməyəcəksiniz.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR