Tabloid.az
Kişi geyimində ən yeni dəb tendensiyaları – Fotolar

İstanbul moda həftəsində 6 moda dizayneri öz yeni kişi geyimi kolleksiyalarını təqdim ediblər.
Dəfilələrdə gördüklərimizdən yola çıxaraq sizin üçün kişi modasında ən yeni dəb tendensiyalarını müəyyən etməyə çalışdıq.
Dənizçi dəbi
Giray Sepinin kişi geyimləri kolleksiyası adını Romalıların dəniz tanrısı Neptundan götürüb. Elə bu səbəblə də kolleksiyaya daxil olan geyimlərdə dəniz mavisi rənginə daha çox rast gəlirik. Dənizçilərə xas detalların da diqqət çəkdiyi kolleksiya diqqətə layiqdir.
Basketbol sevgisi
Gənc modelyer Benan Balın dəfiləsinə nəzər saldıqda onun basketboldan ilham aldığını görürük. Basketbolun azad və enerjili ruhunun əks oldunduğu kolleksiya idman stilindən vaz keçməyən kişilər üçün idealdır.
Cənnətin uşaqları
Əmrə Ərdəmoğlunun dəfiləsinin əsas mövzusu isə Cənnət baxçası və Adəmdir. “Cənnətin uşaqları” adlı kolleksiyada göy və yaşılın narıncı ilə birlikdə işlədilməsi diqqət çəkir. Rəngarəng geyinməyi sevən kişilər bu dəblə ayaqlaşa bilərlər.
Səyyahlar
1998-ci ildən bəri professional olaraq modelyerlik edən Haticə Gökçə yeni kolleksiyasında səyyahlardan ilham alıb. Xüsusilə Evliya Çələbiyə heyran olan Haticə Gökçə həyatının 40 ilini səyahətlərdə keçirən bu böyük insandan ilham alaraq səyahət etməyi sevən kişilər üçün rahat geyimlərdən ibarət kolleksiyasını hazırlayıb.
Qaranquş naxışları
Moda dizayneri Niyazi Erdoğan isə qaranquşları öz kolleksiyasında yad edib. Geyimlərin bir çoxunda qaranquş naxışları yer alıb. Etiraf edək ki, bu naxışlar kişi gyimlərinə həqiqətən çox yaraşıb. Qartal naxışlarından bezən kişilər üçün daha romantik və müasir bir mövzu yaradan Niyazi Ərdoğanın dəbə gətirdiyi bu yeniliyi tezliklə küçələrdə görməyi arzu edirik.
Tabloid.az

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı